Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,312
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Фев

    Ötən yüzilliyin bəlalarından sayılan narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı korrupsiyanı yaradır.

    Narkomanlıq insan cəmiyyətinin mənəvi əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosialiqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.

    Ümummilli liderimiz Heydər Əliyevin "Narkomanlığa narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996- il 26 avqust tarixli Fərmanı digər qanunlar, fərmanlar, normativhüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.
    Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi onlara qarşı mübarizə üzrə normativhüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquqmühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.

    Azərbaycanda bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMTnin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. HəmçininPsixotrop maddələr haqqında” 1971-ci il KonvensiyasınaNarkotik vasitələrin Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasınaqoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya onu yayan vərdişlərə qarşı müqaviməti gücləndirmək deməkdir. Bu da ən əsası həm indiki, həm gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

    Dövlət başçısı İlham Əliyevin imzaladığıNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ( 2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər davamlılığı ilə diqqət çəkir. Məqsəd ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosialiqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınmasıdır. Narkotik vasitələrin, psixotrop maddələrin prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə aparılması Azərbaycan Respublikası Cinayət Məcəlləsində öz əksini tapıb. Sənəddə qeyd olunduğu kimi, narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətlərə aid edilmiş, bu cür neqativ hallara qarşı mübarizəni əhatə edən hüquqi bazatədbirlər planı təkmilləşdirilmişdirCənab İlham Əliyevin sərəncamına əsasən Narkomanlığa narkotik vasitələrin qeyriqanuni dövriyyəsinə qarşı mübarizə üzrəyaradılmış Dövlət Komissiyası ölkədə bu sahədə aparılan mübarizə tədbirlərinə xüsusi təkan vermişdir. AzərbaycanNarkotik vasitələrin, psixotrop maddələrin prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında”” BMT Konvensiyasına qoşulduqdan sonra üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində bir sıra müvafiq əməli tədbirlər həyata keçirib.

    Təəssüf ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

    Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil.

    Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən qara ciyər böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

    Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir probleməİİV-/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/-QİÇSə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.

    Gənc yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin mədənimaarif müəssisələrinin üzərinə düşür.

    Əmrah MEHTİYEV,

    Gəncə hərbi prokuroru,

    Ədliyyə polkovniki

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:23

İsmarıclar bağlıdır.