Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,186
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Фев

    “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli — Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Gəncədə təşkil olunan işgüzar inkişaf təlimləri yekunlaşıb.

    Layihə çərçivəsində Gəncə və ətraf ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçirilib. Bağlanış mərasimində təlim modullarını uğurla bitirən 200-ə yaxın çox iştirakçıya sertifikatlar təqdim olunub.

    Qadınların işgüzar inkişaf platforması olan AIM – W layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

    Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

    Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edir.

    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə iddialı layihələrin olduğunu bildirib:

    “Buradakı qadınlar bizim layihədə ilk dəfə iştirak etsə də, çox yaxşı və tutarlı ideyalar təqdim etdilər. Biz təlimçilərimizlə birgə həmin ideyları, layihə və iş planı halına gətirdik. Tezliklə həmin layihələrin irasını görəcəyik. Daim mentor dəstəyimiz xanımlarımızladır”.

    Bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova çıxış edərək qadınların işgüzar inkişaf üçün bu tipli layihələrin önəmindən danışıb, qadınların dövlətin və cəmiyyətin həyatındakı rolundan bəhs edib.

    Eyni zamanda, tədbirdə iştirakçılara “ABAD” publik hüquqi şəxsin baş marketoloqu Nərmin Məmmədli tərəfindən “ABAD” mərkəzlərinin fəaliyyəti, ailə əməyinə əsaslanan təsərrüfatlara təqdim etdiyi xidmətlər, yaradılmış brendlər haqqında məlumatlandırıcı görüş baş tutub.
    Layih
    ə Gəncə ilə yanaşı Mingəçevir, Qəbələ, Quba, Sumqayıt və Şəki iqtisadi zonalarını əhatə edir. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.

    Qeyd edək ki, 2017-ci ildən etibarən ASAN könüllüləri və Coca-Cola Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək layihəsi” icra etmişdir. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qızlar turizm sahibkarlığı mövzsunda təlimlərə qoşulmuşdur.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:31

İsmarıclar bağlıdır.