Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,672
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Фев

    2018-ci ilin noyabr ayının 20-də Gəncə şəhərində Fizuli parkının yaxınlığında, Şahlar Hüseynov küçəsində baş verən partlayış nəticəsində 13 saylı yaşayış binası tamamilə yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə həmin bina sökülərək yerində yeni 5 mərtəbəli binanın inşası başlayıb.

    "Atlas" şirkətinin təyin etdiyi layihə rəhbəri Elnur Əzizlinin verdiyi məlumata əsasən burada son tamamlama işləri aparılır. O bildirib ki, binanın daxili işləri qalıb. belə ki hazırda  oboy, laminat, emulsiya vurulur. Dəhlizlərin termoqranit hissəsində mərmər işləri yekunlaşıb. Sanitar qovşaqlarının kafel işləri bitimək üzrədir. Eyvanların metlax işləri yekunlaşr, mətbəxlərin təmiri başa çatıb. Mənzillərə metal qapılar qoyulub.

    Elnur Əzizilinin məlumatına görə, binanın fasadı 3 qat: astar, mərcun və emulsiya ilə örtülür. Bunlardan silikonlu astar işi bitib, mərcun işi 50% aparılıb. Künclərdə aqlay işləri tamamlanıb.

    Binanın dam örtüyü isə 2 ay öncə tam hazır vəziyyətə gətirilib.

    Qetd edək ki, bununla yanaş  Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlər üçün ərazidə "Mərasim zalı"nın  tikintisi aparılır.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:36

İsmarıclar bağlıdır.