Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,654
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Фев

    Gəncə Dövlət Univesitetinin biologiya – kimya fakültəsinin III kurs tələbəsi Fidan Vəliyeva “Mevlana Değişim Proqramı” çərçivəsində Türkiyənin Bolu Abant İzzet Baysal Universitetində təhsilini uğurla başa çatdıraraq geri qayıdıb.

    Tələbəmiz məhz bu müddət ərzində ixtisası ilə əlaqədar 3 akademik məqalə, 2 referans məktubu ilə çıxış etmişdir. Həmçinin həmin universitetdə baş tutan bir çox tədbirlərdə iştirak edib. Abant İzzet Baysal Universitetinin rektoru Prof. Dr. Mustafa Alişarlı ilə də görüşən tələbəmiz burada Azərbaycandan gələn tələbələr üçün yaradılan şəraitin möhtəşəm olduğunu söyləyərək, təşəkkürlərini bildirib.

    Bu günlərdə qayıdan tələbə Fidan Vəliyeva universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətində olmuş, təəsürratlarını bölüşüb:

    “Rektor Mustafa bəylə görüş zamanı həmsöhbət olarkən ona Azərbaycandan gəldiyimi söyləyəndə mənimlə daha səmimi söhbət edərək burada hər hansı problemlə üzləşəcəyim təqdirdə ona müraciət etməyimi söyləmişdir.  Mən orada olarkən Azərbaycan Türkiyə arasındakı qardaşlığın necə böyük və dəyərli olduğunun bir daha şahidi oldum.

    Bu cür proqramların davamlı olması universitetimizin gəncləri üçün möhtəşəm bir şansdır. Hansı ki, bu cür proqramlara qatılarkən həm Azərbaycanımızı, həm də universitetimizi beynəlxalq platformalarda tanıdaraq təhsilimizdə gələcəyə doğru güclü bir addım atmış oluruq. Bu isə bizim üçün çox fəxredici bir haldır. Bu cür şansı bizə verdiyi üçün hər iki universitetə Gəncə Dövlət Universiteti və Bolu Abant İzzet Baysal Universitetinə təşəkkürümü bildirirəm. Ayrıca bu zaman ərzində mənə dəstək olan hörmətli rektorum Prof. Yusif  Yusibova, dekanım dosent İsbəndiyar Alverdiyevə və univesitetimizin əməkdaşlarına dərin təşəkkür edirəm.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:30

İsmarıclar bağlıdır.