Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,672
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 04Мар

    Bu günGəncənin səsiqəzetinin baş redaktoru, “Qızıl qələm”, Həsən bəy Zərdabi, Ali media mükafatları laureatı, “Tərəqqimedallı, Prezident mükafatçısı ən nəhayət peşəkar jurnalist Rəfiqə xanım Sadıqovanın doğum günüdür. 

    Rəfiqə Yusif qızı Sadıqova Ağdam rayonunda dünyaya gəlib. BDUnun (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür

    1970-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin orqanı olanGəncənin səsi” (“Kirovabad kommunisti”) qəzetində sıravi müxbir kimi işə başlayan Rəfiqə xanım Sadıqova bu qəzetdə müxtəlif illərdə şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. HazırdaGəncənin səsiqəzetinin baş redaktorudur.

    Rəfiqə xanım 2004- ildə Ankara Ticarət odası erməni araşdırmalar mərkəzinin təşkil etdiyi Beynəlxalq simpoziumda iştirak edib onun Xocalı soyqırımından bəhs edən məruzəsi simpoziumun xüsusi buraxılışında dərc olunub. Yaradıcılığında əsasən mənəvipsixoloji problemlərə üstünlük verir. Çoxsaylı sənədli hekayə, povest publisist məqalələrin, habeləDünya beş günlük deyil…”, “İkinci toyNigaran qalacağamromanlarının müəllifidir. Dövrü mətbuatda vaxtaşırı bədii publisistik yazıları ilə çıxış edən Rəfiqə Sadıqovanın «Gecikmiş etiraf» «Lalə əfsanəsi» hekayələri ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim edilib

    2019-cu ildə isə Rəfiqə xanım Sadıqovanın sayca 4-  olan "Gecikmiş etiraf" kitabı çapdan çıxıb.

    Rəfiqə xanım hazırda “Gəncənin səsi” qəzetinin 100 illiyinə həsr olunmuş yubiley kitabı üzərində calışır.

     Ad günü münasibəti ilə Rəfiqə xanımı ürəkdən təbrik edir, ona uzun və sağlam ömür, yaradıcılıq fəaliyyətində daha yüksək zirvələri fəth etməyi arzulayırıq. 

    Daima var olasınız, Rəfiqə xanım!

     "Gəncənin səsi" qəzetinin kollektivi

        

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:30

İsmarıclar bağlıdır.