Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,672
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Мар

    YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili ilə görüşüb.

    Görüşdə tarixin sınaqlarından keçmiş Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərindən söz açılıb, bu əlaqələrin hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz tərəfindən daim möhkəmləndirildiyi qeyd edilib.

    Azərbaycan və Gürcüstanın nümunəvi mehriban qonşuluq münasibətlərinin bu gün yüksələn xətlə inkişaf etdiyindən söhbət açan millət vəkili Naqif Həmzəyev ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərinə, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub.

    Azərbaycan və Gürcüstanın yüksək səviyyədə olan əməkdaşlıq imkanlarının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını bildirən baş konsul Nikoloz İaşvili səmimi qarşılanmaya görə təşəkkür edib.

    Görüşdə hər iki ölkənin qardaşlaşmış şəhərləri-Gəncə ilə Kutaisi əməkdaşlığından söz açılıb, bu münasibətlərin gələcəkdə, xüsusən gənclər arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılıb.

    Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:44

İsmarıclar bağlıdır.