Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,150
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Мар

    «Gəncənin səsi» qəzetinin baş redaktorun müavini Yaşar Nəbiyevin bu gün 65 illik yubileyidir.

    Yaşar Nəcəf oğlu Nəbiyev 1955-ci ildə Daşkəsən rayonunun Qaraqollar kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ailəsi ilə bərabər Gəncə şəhərinə köçüb təhsilini 41 saylı orta məktəbdə davam etdirib. 1974- ildə Gəncə Dövlət Universitetinin fizikariyaziyyat fakültəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra Daşkəsən rayon 1 saylı fəhləgənclər məktəbində fizika müəllimi işləyib. 1980-ci ilin may ayında «Kirovabad kommunisti» (indiki «Gəncənin səsi») qəzetində fotomüxbir, 1990- ildə isə müstəqil hüquq qəzeti olan «Ədalət»in xüsusi müxbiri kimi əmək fəaliyyətini davam etdirib. 2010-cu ilin avqust ayında «Gəncənin səsi» qəzetinə baş redaktorun müavini vəzifəsinə təyin olunub.

    Yaşar Nəbiyev çalışdığı müddət ərzində Azərbaycan Jurnalistlər Birliyinin «Gəncənin səsi» qəzetinin diplom fəxri fərmanları ilə təltif edilib. 2017-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

    Ad günü münasibətilə Yaşar Nəbiyevi ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq. Hər zaman var olasınız, Yaşar müəllim.

    «Gəncənin səsi» qəzetinin kollektivi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:00

İsmarıclar bağlıdır.