Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,672
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Мар

    İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) İcraiyyə Şurasının 2020-ci il 29-30 yanvar tarixində Əbu-Dabi şəhərində keçirilmiş 40-cı sessiyasında təşkilatın adının dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) olması ilə əlaqədar qərara alıram:

    1. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

    Komissiyanın sədri

    Azərbaycan Respublikasının Mədəniyyət naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini

    Azərbaycan Respublikası Təhsil nazirinin müavini

    Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

    Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

    ICESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın Baş katibi.

    2. “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 1685 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 94) 1-ci hissəsi ləğv edilsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

     

     İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri 13 mart 2020-ci il.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:04

İsmarıclar bağlıdır.