Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,934
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Мар

    Bu gün Azərbaycanda Novruz çəənbələrinin sonuncusu – Torpaq çəənbəsidir.

    Bu çəənbə xalq arasında “ilaxır çəənbə” kimi də tanınır. Digər çəənbələrdən fərqli olaraq, xalq axırıncı çəənbəni xüsusi təntənə ilə qeyd edir.

    İlaxır çəənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çəənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çəənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

    Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çəənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çəənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çəənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

    Axır çəənbəyə aid bəzi el adətləri: “Axır çəənbədə çimərlər”, “Axır çəənbədə evdən pul verməzlər”, “Axır çəənbə günü borc un verməzlər”, “Axır çəənbə günü zahı üstünə getməzlər”, “Axır çəənbə gecəsi tez yatmazlar”, “Axır çəənbə gecəsi evdə qazan asarlar”, “Axır çəənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar” və s.

    Torpaqla bağlı atalar sözləri : “Torpağa əyilən namərdə əyilməz”, “Torpağa xor baxsan, o sənə kor baxar”, “Torpaq müqəddəsdir”, “Torpaqda itki olmaz, kötüksüz bitki olmaz”, “Sular hərəkətlidir, Torpaq bərəkətlidir”, “Torpaq deyər: – Sən mənə tər ver, mən sənə zər verim!” və s.

    İlaxır çəənbəyə dair inanclar: “Çəənbə günü təzə evə köçən bəlaya düşər”, “Axır çəənbə axşamı küsülülər barışarlar”, “Axır çəənbə gecəsində nəhs danışmaq olmaz”, “Axır çəənbə gecəsi ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: “Qoy odlu-ocaqlı olsun!”.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:58

İsmarıclar bağlıdır.