Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 31Мар

    Gəncədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov maarifləndirmə tədbirlərinə qoşulub. Niyazi Bayramov Gəncədə fəaliyyət göstərən ərzaq mağazalarına baş çəkib, buradakı mövcud vəziyyət və qitmətlərlə maraqlanıb. Şəhər rəhbəri Mərkəzi Poçtda və bir sıra apteklərdə də olub. O, yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırıb.

    Niyazi Bayramov sahibkarlar, satıcı və alıcılarla maarifləndirici söhbət aparıb, kassaların, habelə bankomatların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatıladıb.

    Niyazi Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarına məhəl qoymayaraq küçəyə çıxan sakinlərlə də söhbət edib. Xüsusilə yaşı 65-dən yuxarı olan şəhər sakinlərinə növbəti dəfə xəbərdarlıq olunub.  O bildirib ki, hazırki şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. İcra başçısı zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə ehtiyyatlı davranmağı, qoruyucu maska və əlcəklərdən istifadə etməyi tövsiyyət edib. 

    Niyazi Bayramov “Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ın üzvləri ilə də görüşüb. O, iş başında olan və şəhərin Cavad xan küçəsində maarifləndirmə tədbirlərini həyata keçirən mobil qrupun üzvlərinə öz təklif və tövsiyyələtini verib.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:58

İsmarıclar bağlıdır.