Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 31Мар

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş koronavirus (COVİD-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Azərbaycanda da yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah respublika daxilində bu virusun yayılmaması üçün ciddi tədbirlər görür. Həmin tədbirlərdən biri də yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsul müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris, təlim-tərbiyə prosesinin dayandırılmaşıdır. Gəncə Dövlət Universiteti həmin qərara müvafiq olaraq qabaqlayıcı tədbirlərə başlamış və sosial media vasitəsilə onlayn dərslərin təşkilinə start vermişdir.

    Qeyd edək ki, bütün fakultələrdə yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə universitetdə başlanan distant təhsil texnologiyalarının tətbiqi yolu ilə online-virtual dərslər uğurla davam etdirilir. Bu məqsədlə 8 fakultənin ixtisasları üzrə I-III kurslarla gündəlik onlayn dərs vaxtlarının cədvəli tərtib edilmiş və facebook səhifəsində yerləşdirilmişdir.

    Martın 17-dən başlanan onlayn dərslər bütün fakultələrin ixtisaslarını əhatə edir və dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

    ​Qeyd edək ki, onlayn dərslərə ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri universitetin "Facebook” səhifəsindən də izləmək imkanı əldə edə bilirlər.

    Onlayn dərslərə qoşulmaq üçün bütün qayda və təlimatlar qabaqcadan müəllim və tələbələrin elektron kabinetində yerləşdirilmişdir. Hər bir tələbə öz dərs cədvəlinə uyğun olaraq həmin saatda elektron təhsil kabinetinə daxil olmaqla onlayn dərslərdə iştirak edirlər.

    Qarşıdan gələn günlərdə daha çox dərslərin təşkil olunması və daha çox ixtisasların əhatə olunması nəzərdə tutulmuşdur. Bu məqsədlə plan vədərs qrafiki də hazırlanmışdır.

    Sabir ƏLİYEV

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:30

İsmarıclar bağlıdır.