Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Апр

    Son aylar insanlığı vəhşətə, təlaşa salan bircə söz var – koronavirus. Ölüm saçan taclı bəla… Dünya əhalisinin çoxu bu bəlaya düçar olmaqdan qorxur, onunla mübarizə aparmaq üçün hər üsula əl atır. Halbuki koronavirusdan qorunmaq əslində, o qədər də çətin, mürəkkəb deyil. İlk növbədə fərdi, profilaktik tədbirləri vaxtında və düzgün həyata keçirmək, gigiyenik qaydalara əməl etmək lazımdır.

     Əl-əli yuyar…

    Təmizlik imandan olduğu qədər, indi həm də sağ qalmaq üsuluna çevrilib. Dünyamızın əsir düşdüyü koronavirusdan xilas da təmizlikdən keçir. Əlləri tez-tez və 20 saniyədən az olmamaq şərtilə sabunla, spirt tərkibli antiseptik vasitələrlə yumaq lazımdır. Əllərin tez-tez yuyulması ona görə vacibdir ki, bu viruslar ölçüsünə görə digərlərindən iridir. Axar suyun altında yuyulduqda asanlıqla xaric olur. Əllərin təmasdan sonra gündə bir neçə dəfə dezinfeksiya olunması vacibdir.

    Koronavirusun əsas yoluxma mexanizmi hava-damcı yolu və ünsiyyətdir. Yəni bu, danışmaqla, görüşməklə keçən infeksiyadır. Bir insan xəstədirsə, danışdıqda, asqırıb öskürdükdə 2-3 metr məsafəni viruslarla çirkləndirə bilir. Həmin sahəyə daxil olan hər bir adam nəfəs aldıqda onun yoluxma ehtimalı var. Ona görə də birinci növbədə özündə xəstəlik əlamətləri hiss edən şəxslər maska taxmalıdırlar ki, xəstəliyi ətrafa yaymasınlar. Xəstə asqırdıqda, öskürdükdə ətrafa milyonlarla virus xaric edir. Yaxud asqıranda əlini ağzına tutur, sonra sağlam adamla həmin əllə salamlaşır və o biri adam da əlini üzünə-gözünə çəkir, beləliklə, virus asanlıqla ona da yoluxur. Odur ki, öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın.

     Çoxlu maye için

    Bu virus yuxarı tənəffüs yollarına düşür, selikli qişaya yapışaraq çoxalır və iki sutkaya qədər orda qalaraq artır. Sonra yavaş-yavaş aşağı tənəffüs yollarına düşür. Ölüm halları da əsasən ağır sətəlcəmdə baş verir. Bu səbəbdən həkimlər çoxlu maye qəbul etməyi məsləhət görürlər. Çünki çoxlu maye içdikdə su yuxarı tənəffüs yollarına yığılan həmin virusları mədəyə tökəcək. Mədənin xlorid turşusu isə onları məhv edəcək, bununla da xəstələnmə ehtimalı azalacaq. Eyni zamanda boğazı qar-qara etmək də faydalıdı. Su içmədikdə, qar-qara etmədikdə insan nəfəs aldıqca virus artıb-çoxalaraq aşağı tənəffüs orqanlarına düşəcək.

     Evdə qalın

    Son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri hiss etmir. Virusu təhlükəli edən də elə budur — xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanları virusa yoluxdururlar. Bu baxımdan koronavirusla mübarizənin əsas üsulu karantin və izolyasıyadır. Azərbaycanda da bu mübarizə üsulundan istifadə olunur. Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkəmizdə aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Əgər vətəndaşlarımız karantin rejiminin qaydalarına, "evdə qal-sağlam qal” şüarına riayət edərlərsə, koronavirusa yoluxmaq təhlükəsindən qorunmuş olarlar.

    Koronavirusla mübarizə əslində, insanın özü ilə mübarizəsindən başlamalıdır. Heç kim fikirləşməsin ki, onun immuniteti güclüdür deyə xəstələnə bilməz. Bu cür düşünən adamlar xəstələnməsələr belə, daşıyıcı olub ailə üzvlərini, yaxınlarını yoluxdura bilər. Hər kəs bu məsələyə vicdanla, məsuliyyətlə yanaşmalı, zərurət olmadığı təqdirdə evdən çölə çıxmamalıdır. Evdə nə qədər çox otursaq, başqa insanlarla ünsiyyətimiz də bir o qədər az olacaq, nəticədə özümüzü, ailəmizi, ətrafımızı bu bəladan qoruyacağıq. Özümüzü, ailəmizi qorusaq, elə xalqı da qorumuş olarıq.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:21

İsmarıclar bağlıdır.