Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Апр

    Gəncədə xüsusi karantin rejiminin tədbiqi ilə əlaqədar olaraq həyata keçirilən maarifləndirmə tədbirləri şəhərin müxtəlif ərazilərində gün boyu davam edib. Millət vəkili Müşfiq Cəfərov, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Kəpəz rayon Bələdiyyəsinin sədri Yaşar Abdullayev və Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilov maarifləndirmə tədbirlərində yaxından iştirak ediblər.

    Rəsmilər Gəncənin Ü.Hacıbəyov, Z.Hacıyev, Azərbaycan Bayrağı və Dəqə Qorqud küçələri, habelə Heydər Əliyev və Ş.İ.Xətai prospektlərində olublar. Xüsusi karantin rejimi qaydalarını pozan sakinlərlə söhbət aparan rəsmilər, ərzaq mağazalarındakı vəziyyətlə tanış olub, apteklərə baş çəkiblər.

    Aparılan söhbətlər zamanı vətəndaşlar ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, əks halda qarşılaşacaqları təhlükələrlə bağlı məlumatlandırılıblar.

    Ərazidə fəaliyyət göstərən əczaxanalara baş çəkən rəsmilər, tibbi maska, əlcək və spirtin olub-olmaması və qiymətlərlə maraqlanıblar. Onlar ərzaq mağazalarında da olublar. Burada qiymətlər, məhsulların keyfiyyəti və çeşidi ilə maraqlanıb, kassaların qarşısında növbə gözləyərkən iki metrlik məsafənin qorunmasının vacibliyini bir daha diqqətə çatdırıblar.

    Məlumat üçün qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə “Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:53

İsmarıclar bağlıdır.