Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Апр

    Şəhərimizdə koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti reyd şəhərin Nizami Gəncəvi prospektindən start götürüb. Proses Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Nizami və Kəpəz Rayon bələdiyyələri, Baş Polis və Səhiyyə İdarələrinin əməkdaşlarının iştirakı ilə reallaşıb.

    Yoxlama zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını pozan vətəndaşlar saxlanılıb, onlara zərurət yaranmadığı təqdirdə evdən çıxmamaları barədə ciddi tapşırıqlar verilib. Reyddə pərakəndə satışla məşğul olan şəxslər də diqqətdən kənarda qalmayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oqtay Süleymanlı sanitar qaydalara əməl etməyənlərə xəbərdarlıq edib. Süni qiymət artımının olub-olmamasıyla bağlı əczaxanalara da baş çəkilib, əhaliyə tibbi maska, spirt və əlcəkdən istifadə tövsiyə olunub. Maska tapmadığını iddia edən şəhər sakinləri pulsuz tibbi maska və əlcəklərlə təmin olunublar.

    Maarifləndirmə tədbirində 65 yaşdan yuxarı sakinlərə qarşı xüsusi həssaslıq nümayiş olunub. Onların müraciətləri yerindəcə dinlənilib, lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq göstərişlər verilib. Reyd zamanı 3 mağazada qayda pozuntusu aşkarlanıb, protokollar tərtib olunub. Ərzaq mağazasında alıcılar arasında lazımi məsafənin saxlanılmaması, gigiyenik normalara düzgün əməl olunmaması faktı da müəyyən edilib. Daha 2 obyekt isə fəaliyyətini dayandırmadığına görə inzibati qaydada cəzalandırılıb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:09

İsmarıclar bağlıdır.