Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 07Апр

    Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək. Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    «Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunan zaman insanları ən çox maraqlandıran məsələlərdən biri də koronavirus pandemiyasınadək əmək müqaviləsi olmadan çalışan vətəndaşlara hansı dəstəyin olacağı idi. Təbii ki, hər bir işçinin leqal sektorda əmək müqaviləsi ilə çalışması daha arzuolunandır. 2019-cu ildə kölgə iqtisadiyyatının miqyası ciddi şəkildə azalsa da, yenə də qeyri-formal iqtisadiyyatda çalışan vətəndaşlarımız var.

    Azərbaycan Prezidentinin koronavirusun sahibkarlara və eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı tapşırığı hər bir vətəndaşa dəyən ziyanın azaldılması ilə əlaqədardır. Məhz bu səbəbdən də dövlətimizin başçısının tapşırığı ilə koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlərin büdcəsi 1 milyard manatdan 2,5 milyard manatadək artırılıb. Bu isə yardımların daha çox vətəndaşımızı əhatə etməsinə imkan yaradacaq», — deyə V.Bayramov bildirib.

    O qeyd edib ki, müqaviləsiz işləyən vətəndaşların, 2020-ci il martın 10-dək əmək müqaviləsi olmadan çalışan və Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olmayan vətəndaşlarımızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında elektron qeydiyyatının həyata keçirilməsi məqsədəuyğun olardı. Əmək müqavilələrinin elektron olduğunu nəzərə alsaq bu baxımdan qeyri-leqal sektorda çalışanların qeydiyyat prosesinin təşkili texniki baxımdan çətin deyil: «Məsələn, əgər vətəndaşımız şadlıq sarayında aşbaz kimi əmək müqaviləsi olmadan çalışırdısa və koronavirusa görə iş yeri müvəqqəti olaraq bağlanıbsa, o zaman həmin şəxsə qeydiyyatdan keçmək və yardım almaq imkanının tanıdılması məqsədəuyğundur. Bu zaman həmin vətəndaşlara aprel və may aylarında aylıq 190 manat birdəfəlik yardımın ödənilməsi mümkündür. Bu daha çox vətəndaşımızın yardımlardan yararlanmasına imkan yaradacaq”

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:22

İsmarıclar bağlıdır.