Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,172
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Апр

    Azərbayacan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edilir.


    Ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası ilə mübarizə apardığı belə bir çətin vaxtda Gəncədən seçilən millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov tənha, ahıl, qayğıya ehtiyacı olan seçicilərinin yanında olub, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini onlara çatdırıblar.
    Yüzlərlə imkansız ailəyə ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət yardımlar paylayan millət vəkilləri eyni zamanda Gəncə şəhər İcra Hakimiyyətinin koronavirusun yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərində, bu istiqamətdə aparılan reydlərdə, maarifləndirmə işlərində də yaxından iştirak edirlər. Onlar şəhər rəsmiləri ilə birlikdə müxtəlif ərazilərində fəaliyyət göstərən ərzaq mağazalarına, apteklərə baş çəkir, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını, sanitar gigiyena normalarının vəziyyətini araşdırır, xüsusi risk qrupuna daxil olan yaşı 65-dən yuxarı və karantin qaydalarına məhəl qoymayan vətəndaşlarla marifləndirici söhbətlər aparırlar.
    Qeyd edək ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq vətəndaşların ehtiyyac olmadıqca evdən çıxmamalarını və virusun yayılma arialının genişlənməməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə Şəhər Baş Polis İdarəsinin mobil qrupları fəaliyyət göstərir.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:30

İsmarıclar bağlıdır.