Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Окт

       5 Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. Mərkəzin ötən ay PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərin-dəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub.

     

        Gəncə şəhərində ilk dəfə təşkil edilən müsabiqəsinin final mərhələsi0 keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər. Beləliklə, “Ganja Big Idea Competiti-on" ideya müsabiqəsi-nin qalibləri:

           1-ci yer “BioBone” layihəsi ,

           2-ci yer “Sevimli ixtisasım” ,

           3-cü yer “HolaDost” .

        2 Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar. 1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu 2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu 3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.

        Məlumat üçün bildirək ki, müsabiqəyə 11 sentyabr tarixində start6 verilib. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır.

        Müsabiqə eyni zamanda bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verib.

     3333  Qeyd edək ki, sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərə-findən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və Startupları dəstəkləyə-rək onların şirkət kimi formalaşmasına kömək edir.

    Samirə SÜLEYMANLI

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:28

İsmarıclar bağlıdır.