Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Апр

    Koronavirus pandemiyası ilə bağlı ölkənin təhsil sistemində fasilə yaranıb. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, buna baxmayaraq martın 16-dan ölkəmizdə ilk dəfə olaraq bu ali təhsil müəssisəsinin professor-müəllimləri tərəfindən dərslərin onlayn tədrisinə başlanılıb.

    Dərslərin onlayın tədrisində məqsəd yaranmış fasilə müddətində tələbələrin təhsildən yararlanmağını təmin etməkdir.
    Aprelin 15-də ADAU TV vasitəsilə tədris olunan dərslərin sayı 150-yə çatıb. «Vergitutmanın iqtisadi mahiyyəti» mövzusunda keçirilən 150-ci dərs Məhərrəm Hüseynov tərəfindən tədris olunub.
    Vurğulanıb ki, ADAU TV vasitəsilə yayımlanan mühazirələrə baxış sayı da çox uğurlu nəticələrdən xəbər verir. Ən əsası tələbələr hər mühazirəni maraqla dinləyir və mühazirəçiyə mövzuya uyğun suallar ünvanlayırlar. Gün ərzində yayımlanan 6-7 mühazirə isə tədris proqramına uyğun aparılır. Beləcə ADAU-da təhsilin kənardan idarə edilməsi nəticəsində boşluqlar aradan qaldırılır və tədris proqrama uyğun davam etdirilir.
    Qeyd edilib ki, universitetin “facebook” səhifəsi üzərindən, eləcə də ADAU TV vasitəsilə yayımlanan bu dərslər ölkəmizdəki karantin müddəti başa çatanadək davam edəcək.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:13

İsmarıclar bağlıdır.