Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Апр

    Koronavirus pandemiyası həyatın bütün sahələrinə, o cümlədən idmana öz mənfi təsirini göstərməkdədir. Planetimizdə bütün idman yarışları təxirə salınıb. Bu siyahiya Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları başçılıq edir. Son illərdə dünya idmanının mərkəzlərindən birinə çevrilən doğma Azərbaycanımızın da ev sahibliyi etməli olduğu turnirlər təxirə salınıb.

    Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan millət vəkili Müşfiq Cəfərov bunun koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, həmçinin vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə atılan addım olduğunu vurğulayıb. «Kəpəz”in Müşahidə Şurasının üzvü klubun mətbuatına xidmətinə açıqlamasında belə deyib: «Vətəndaşları xəstəlikdən qorumaq üçün dövlətimiz lazım olan bütün addımları artır. İdman sahəsində də bu addımlar atılır. Bizim vətəndaşlarımızın sağlamlığı ön plandadır. İdman qurğularının bağlanması da, onları qorumaq üçün verilən qərardır. İndi qalır idmançıların qaydalara riayət etməsi. Hesab edirəm ki, edirlər də”.
    Müşfiq Cəfərov çempionatların dayandırılması ilə komandaların məşqsiz qalmasına da münasibət bildirib: «Futbolçular formada qalmaq üçün hansısa şəkildə bunu edirlər. Baxıram ki, evdə hazırlaşırlar. Düzdü, futbol komanda oyunudur, məşqlər kollektiv olmalıdır. Amma hazırkı vəziyyətdə bir yerə yığışmaq mümkün deyil. Oyunçular məşqçilərin tapşırıqlarına uyğun olaraq evdə fərdi qaydada müəyyən qədər fiziki göstəricilərini qorusalar, sonradan çətinliklə üzləşməzlər”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:22

İsmarıclar bağlıdır.