Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 19Апр

    Prezidentimizə minnətdaram

    Hazırda bütün dünyanın bəlasına çevrilmiş koronavirus, təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Lakin dövlətimizin qabaqlayıcı tədbirləri nəticəsində hələ ki, ölkəmizdə bu təhlükəli virus geniş şəkildə yayılmayıb. Bunun bir səbəbi var: Ölkə Prezidentinin öz xalqına, vətəndaşlarına olan isti münasibəti, diqqət və qayğısı. Dövlətimizin də təklif etdiyi «EvdəQal» kampaniyası koronavirus pandemiyasının daha geniş yayılmaması üçün qabaqlayıcı tədbirlərin ən önəmlisidir. Elə bilirəm ki, hər kəs bu təklifi qeyd-şərtsiz qəbul etməlidir. Çünki xalqımızın gələcəyi, övladlarımızın, insanların sağlamlığı məhz bu kampaniyanı necə yerinə yetirməyimizdən asılıdır.

    Əziz soydaşlarım, gəlin öz həyatımızla risk etməyək və normal həyatımıza sağlam dönmək üçün evdə qalaq. Bunun üçün dövlətimiz bizə həm də maddi yardım edir. Bu günlərdə 190 manat pul yardımı alanlardan biri də mənəm. Bu yardım mənim kimi minlərlə vətəndaşa həm də mənəvi dəstəkdir. İnsan düşünəndə ki, Prezidenti onu fikirləşir, dövləti onun qayğısına qalır, onda çətinliklərin öhdəsindən gəlmək asan olur.
    Mən bir vətəndaş olaraq bu ağır vaxtda əhalinin müxtəlif təbəqələrindən olan insanlara göstərdiyi dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm və demək istəyirəm ki, Sizin kimi Prezidentimiz olduğu üçün özümü çox xoşbəxt hiss edirəm.

    Aynur HEYDƏROVA,
    Gəncə sakini.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:20

İsmarıclar bağlıdır.