Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Апр

    Dövlət İmtahan Mərkəzinin «YouTube” kanalına «vizuallaşdırılmış dərs»lərin yerləşdirilməsi davam edir.
    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejimi müddətində müxtəlif fənlər üzrə 200-ə yaxın yeni dərs portala yerləşdirilib.
    Şagirdlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq və mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.
    Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşayiət olunur. Hər dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə yanaşı, bu videodərslərdən də öyrənə bilərlər.

    Demək olar ki, hər gün yeni dərslər portala əlavə edilir. Videodərslər ödənişsizdir. Son 1 ay ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 198 mindən artıq olub.
    Müvafiq keçidlərdən istifadə edib Azərbaycan dili, ingilis dili, riyaziyyat fənni üzrə V sinfə, ingilis dili, fizika, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat fənni üzrə VI sinfə, ingilis dili, biologiya, kimya, coğrafiya, ümumi tarix üzrə VII sinfə aid materiallar əsasında hazırlanmış «vizaullaşdırılmış dərs”lərə baxa bilərsiniz.
    Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi «videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Şagirdlər, eləcə də valideynlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq, mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:28

İsmarıclar bağlıdır.