Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Май

    Gəncədə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə növbəti dəfə reyd keçiriblər. Reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən reallaşıb.

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmovun iştirakı ilə keçirilərin reyd zamanı sakinlərlə maarifləndirici söhbət aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb.
    Reydlər əsasən Gəncə ASAN Xidmət Mərkəzinin, poçt filiallarının, ATM-lərin və marketlərin qarşısında aparılıb. Qeyd olunan məkanlarda növbədə dayanan sakinlər arasında 2 metrlik məsafəsinin saxlanılması təmin edilib. Həmçinin reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə söhbət aparılıb. Tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Reyd zamanı sakinlərə tibbi maskalar da paylanılıb.
    Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarının mühafizə olunması və tələb edilən normaların tənzimlənməsi üçün həyata keçirilən tədbirlər davam etdiriləcək.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:15

İsmarıclar bağlıdır.