Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Май

    Bu gün görkəmli teatr və kino akyoru,Xalq artisti, Gəncə Dövlət Dram Teatrının əvəzolunmaz aktyoru kino və teatr sahəsində əvəzsiz xidmətləri olan Kinomuzun Cahandar ağası Ələddin Abbasovun doğum günüdür.
    Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub.
    On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb.

    1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə calışıb.
    Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

    Ələddin Abbasovun canlandırdığı rollar faciə, komediya və dram janrlarında olub. O, sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub.
    Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. «Mən ki gözəl deyildim» (İmran), «Özgə ömrü» (Ata), «Qatır Məmməd» (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu «Dəli Kür» əsərində Cahandar ağa obrazıdır.
    Ələddin Abbasov 13 iyul 2014-cü il tarixində, Gəncə şəhərində 92 yaşında vəfat edib. Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:18

İsmarıclar bağlıdır.