Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Окт

      Gdu-2Hesabat yığıncağında universitetin prorektorları, fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak ediblər. Ali təhsil ocağının tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərləri və monitorinq qrupunun üzvlərinin də iştirak etdiyi yığıncaqda görülmüş işlərə dair hesabat məruzələri dinlənilib.

      GDU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən rektor Yusif Yusibov son 3 ildə Gəncə Dövlət Universitetinin inkişaf edərək yüksək nailiyyətlər əldə etdiyini bildirib. Belə ki, universitetdə təhsil-tədris prosesində keyfiyyətin yüksəldilməsi üçün ali təhsil müəssisəsinin infrasrtukturu yaxşılaşdırılıb, maddi texniki və tədris bazası möhkəmləndirilib. Universitetin normativlər toplusu təkmilləşdirilib, müasir kompetensiyaya malik kadrlarla təminatın səviyyəsi yüksəldilib. Bunun üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. Ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələr yaradılıb, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak təmin edilib. Universitetin professor-müəllim və tələbələrinin akademik mobillik proqramlarına qoşulması sürətləndirilib. 

    Gdu-4

    Universitetdə aparılan elmi tədqiqat işlərinin dünya səviyyəsində rəqabətqabiliyyətliliyini təmin etmək və alınan nəticələrin sənayeyə tətbiqinə nail olmaq üçün yeni laboratoriyalar qurulub, elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırlması məqsədilə İnnovasiyalar departamanti fəaliyyətə başlayıb. Təhsil prosesinin vacib göstəricilərindən olan semestr və dövlət imtahanlarının təşkili, eləcə də imtahanlarda obyektivliyin və şəffaflığın təmini məqsədilə bir çox yeniliklər tətbiq edilib, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan prosesini müşahidə etməsi üçün “açıq qapı” günləri keçirilib. Həmçinin Gəncə Dövlət Universitetində baş verən yeniliklərin ictimaiyyətə daha dolğun və operativ çatdırılması məqsədilə Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyəti yenidən təşkil edilib. Bir sözlə görülən tədbirlər ali təhsildə keyfiyyəti Gəncə Dövlət Universiteti kollektivinin əsas hədəfinə çevirib.

    Gdu3  Qeyd edilib ki, bu gün də Gəncə Dövlət Universitetinin çoxminlik kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamından irəli gələn, Təhsil nazirliyinin ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün apardığı islahatlarda və həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir. Gdu-1

    Sonra prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülmüş işlərə dair hesabatı dinlənilib, bir sıra tapşırıqlar verilib   

     

                                                                                                                                                                            Samirə Səmədova                                                                                                                                                                                      

     

     

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:37

İsmarıclar bağlıdır.