Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,006
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 15Май

    2020-ci ildə respublikanın ilk ali tibb təhsili ocağının – Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur.
    Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik Universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. 

    Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir.
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkədə tibb elmi və təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
    1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 may 2020-ci il.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:45

İsmarıclar bağlıdır.