Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 18Май

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi «Beynəlxalq Muzeylər Günü» ilə bağlı layihə həyata keçirir. Belə ki, COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə öklədə elan olunan xüsusi karantin rejimi ilə bağlı müzeylərə “virtual ekskursiya” təşkil olunur.
    Layihə çərçivəsində Gəncədə fəaliyyat göstərən müzey və mərkəzlər barədə videoçarxlar hazırlanıb. Layihə Gəncədəki Heydər Əliyev Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi, Mirzə Şəfi Vazeh muzeyi, AXC-nin “İstiqlal” muzeyi, “Qala qapıları” Arxeologiya və Etnoqrafiya muzeyi və Nizami Gəncəvi Məqbərə Kompleksi də daxil olmaqla ümumilikdə 7 muzey və mərkəzi əhatə edib.

    “Virtual ekskursiya” zamanı qeyd olunan məkanlar və burada saxlanılan eksponatlarla bağlı izləyicilərə ətraflı məlumatlar təqdim olunur.
    Hazırlanan videoçarxlar 16-20 may 2020-ci tarixləri arasında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinın rəsmi Facebook səhifəsinə yerləşdirilir. “Bu gün Özümüzü qoruyaq ki, sabah muzeyləri canlı ziyarət edək!” devizi altında reallaşdırılan layihənin əsas məqsədi tarixi və mədəni irsimizin gənclər arasında təbliğ olunmasıdır.

    Yaşar Nəbiyev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:57

İsmarıclar bağlıdır.