Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Май

    “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 213; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
    “Komissiyanın sədri
    Əli Əhmədov ̶ Azərbaycan Respublikası Baş Nazirinin müavini
    Komissiyanın üzvləri:
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
    Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
    Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
    Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
    Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
    Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
    Azərbaycan Respublikası Təhsil nazirinin müavini
    Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
    Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti”.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 19 may 2020-ci il.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:29

İsmarıclar bağlıdır.