Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,972
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Май

    Diasporla İş üzrə Dövlət Komitəsinin multimedia mərkəzində dünya azərbaycanlılarının dil və düşüncə birliyinin qorunması, şəbəkələşməsi, ölkəmizlə və bir-biri ilə əlaqələrinin möhkəm olması üçün sistemli və ardıcıl informasiya siyasəti mexanizmi qurulub.
    Son iki ildə fəaliyyətə başlayan Diaspor TV və Diaspor FM-də xaricdə yaşayan yüzlərlə soydaşımızla müsahibələr yayımlanıb, ABŞ, İsveç, Norveç, Almaniya, Gürcüstan, Rusiya, Avstriya, Ukrayna, Fransa, Macarıstan və bir sıra başqa ölkələrdə “Vətən uzaqda deyil” diaspor proqramının çəkilişləri aparılıb, diaspor siyasəti geniş təbliğ olunub.

    Həyata keçirilən layihələr xaricdə yaşayan soydaşlarımızın məlumatlanmasına, həmin cəmiyyətlərə inteqrasiyasına kömək etməklə yanaşı, həm də o cəmiyyətlərin içində əriməməsi, bir azərbaycanlı kimi yox olub getməməsinə yönəlib.
    Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, məhz bu məqsədlərlə Komitənin nəzdində fəaliyyət göstərən Diaspor FM-də “Cümhuriyyət varisləri”, “Azərbaycan diasporunun tarixi”, “Qarabağ: gerçək tarix”, “Xaricdəki Azərbaycan evləri”, “Diaspor təşkilatları”, “Dünyadakı Azərbaycan məktəbləri” kimi həftəlik verilişlərə start verilir.
    Yeni verilişlər Azərbaycan diasporunun, xüsusilə yeni nəslin milli dəyərlərimizə sahib çıxması, Azərbaycanın tarixi, mədəniyyəti, şəxsiyyətləri, Qarabağ problemi və sairə barədə ətraflı məlumat alması üçün etibarlı və zəngin mənbəyə çevrilə bilər.
    Diaspor FM layihələrə 28 May-Respublika Günü ərəfəsində start verəcək.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:10

İsmarıclar bağlıdır.