Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Май

    Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinə ağır itki üz verib. Teatrın Musiqi hissə müdiri Mustafayeva Tünzalə Ələddin qızı ömrünün 65 ilində vəfat edib.
    Bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.
    Onun sözlərinə görə, Mustafayeva Tünzalə Ələddin qızı 1955-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə M. Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunun “Musiqi” şöbəsini bitirib.

    1979-cu ilin noyabr ayından 1994-cü ilin yanvar ayına kimi AKTA-nın tələbə klubunda “Bədii rəhbər” vəzifəsində çalışmış və burada “Xor” kollektivi yaradıb. 1994-cü ilin fevral ayından isə Gəncə Dövlət Dram Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışıb.
    Bu müddət ərzində Tünzalə Mustafayeva bir çox yeni hazırlanan tamaşalara musiqi tərtibatı verib. «Səmimi həmkarımızın əziz xatirəsi hər zaman qəlbimizdə əbədi olaraq yaşayaçaq” – deyə Anar Burcəliyev bildirib.
    Allah rəhmət etsin!

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:09

İsmarıclar bağlıdır.