Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Май

    Hadisələrin xronoloji ardıcıllığı… Adətən tarixə belə tərif verirlər. Amma hər şey xronologiya kimi quru və statik rəqəm ardıcıllığı deyil. Bəzən o rəqəmlərdən birinin altında o qədər böyük hadisələr cəmləşir ki, həmin rəqəm tarixin xronologiyasından çıxıb, bütöv bir tarixə çevrilir. 1918-ci ilin 28 mayı kimi.
    Azərbaycanın müstəqil dövlət olaraq elan edilməsi, Dünya xəritəsində dövlətlər sırasında adının hallanması, Şərqin ilk demokratik Respublikasının olmasını xarakterizə edir bu tarix. Sözün əsl mənasında tarix içində tarixdir 28 may.

    Demokratik Respublikanın elan olunması nə dərəcədə vacib idisə, onun paytaxtının seçilməsi də bir o qədər əhəmiyyətli idi. Amma həmin vaxt Bakıda erməni bolşevik alyansı at oynatdığından, tək bir Gəncə qalmışdı.
    Eyni zamanda Gəncənin paytaxt seçilməsini labüd edən digər səbəblər də var idi. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının əksəriyyəti gəncəli idi. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər məhz Gəncə torpağının yetirmələri idi.
    Digər bir əzəmətli tikili…Hazırda ali təhsil ocağıdır, ancaq tarixi bina baxımdan olduqca ali və əhəmiyyətlidir. Məhz bu bina xüsusən Cümhuriyyət dövründə var gəl edən bir çox tarixi məqamların, hətta tarixi ilklərin şahidi olub. Bəlkədə məğrur duruşu Cumhiriyyət tarixinə şahidliyindən irəli gəlir. Azərbaycan Xalq Cumhuriyyətinin Gəncə dövrü bütöv bir tarixin önəmli hissəsidir. Məhz Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin vətəndaşlığı haqqında qərar qüvvəyə mindi, məhz Gəncədə dahi Üzeyir bəyin başçılığı ilə “Azərbaycan” qəzeti işıq üzü gördü.
    Verilən qərarların tamı məhz bu binada qəbul edilib. İndi Gəncənin Atatürk prospektində üzbəüz yerləşən iki qədim bina var. Azərbaycan Xalq Cümhuriyyətinin 3 ay fəaliyyət göstərdiyi bu binalar gəncəlilərin fəxrlə üz tutduqları məkandır. Binalardan birində Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan Xalq Cümhuriyyəti Müzeyi yerləşir.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:23

İsmarıclar bağlıdır.