Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 29Май

    MİNNƏTDARLIQ EDİRƏM

    Dünyanı bürümüş koronavirus bəlasından qorunmaq üçün iki aydan artıqdır ki, ölkəmizdə «EvdəQal» kampaniyası davam edir. Bütün bu müddət ərzində dövlətimizin dəstəyi, diqqət və qayğısı hər zaman bizimlə olub. Vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutan və bunun üçün bütün gərəkli tədbirləri görən ölkə Prezidenti cənab İlham Əliyevin pandemiyanın qarşısının alınması ilə yanaşı, əhalinin həyat tərzini, sosial rifahını da düşünməsi Onun necə böyük ürəyə sahib olmasından xəbər verir.

    Əhalinin müxtəlif təbəqələri üçün təyin edilmiş 190 manatlıq sosial yardımdan yararlananlardan biri də mənəm. Artıq may ayı üçün nəzərdə tutulmuş məbləği də almışam. Bu isə mənim sosial vəziyyətimi xeyli yaxşılaşdırıb. Həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımı da almışam. Ərzaqların keyfiyyətindən və çeşidindən də çox razı qalmışam.

    Bütün bunlara görə mən ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərimi bildirir və hər zaman var olun, — deyirəm.

    Məlahət HƏSƏNOVA,

    Gəncə sakini

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:51

İsmarıclar bağlıdır.