Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,172
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 02Июн

    Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. İşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən həyata keçirilir.
    Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təlimatlar almış əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev meydanında, Cavad xan küçəsində, Xan bağında, Gəncəçay Park-Bulvar Kompleksində və digər anoloji sahələrdə dezinfeksiya işləri aparılır.

    Əhalinin sığlıq təşkil etdiyi ərazilər də mütəmadi olaraq dezinfeksiya olunurlar. Belə ki, açıq havada quraşdırılan idman qurğuları, mərkəzi poçt, bank və ATM-lərin qarşısı, yaşayış binalarının girişləri və s. xüsusi dezinfeksiyaedici məhlulla yuyulur.
    İşlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikalrı da cəlb olunublar. Belə ki, şəhərin Atatürk, Nizami Gəncəvi, Şah İsmayıl Xətai prospektləri və küçələr su çiləyici maşınlarla gündəlik olaraq yuyulurlar.

    Yeganə İsmayılqızı

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:17

İsmarıclar bağlıdır.