Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,172
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 02Июн

    “Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində iqtisadiyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çox şaxəli islahatlar həyata keçirilib və bu proses davam etməkdədir. Bu islahatlar nəticəsində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, ələxsusda əhalinin məşğulluğu 2019-cu il ərzində ən prioritet sahələrdən biri və demək olar ki, birincisi olub”.

    Bunu açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
    Onun sözlərinə görə, buna sübut 2018-ci illə 2019-cu ili müqayisə etdikdə məşğulluq xidmət orqanları vasitəsilə işə düzələnlərin sayı 99% artıb. “Belə ki, bu rəqəm 2018-ci ildə 51774 nəfər təşkil etdiyi halda 2019-cu ildə 103028 nəfər olub. İctimai işə cəlb olunanların sayı isə 2018-ci ildə 1022 nəfər olduğu təqdirdə, 2019-cu ildə bu rəqəm 46.6 dəfə artaraq 47.599 nəfər olub.
    Əhalinin özünə məşğulluğunun təmin olunması tədbirləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv ölkələrə təqdim etdiyi “Öz biznesini başla və təkmilləşdir” proqramı əsasında hazırlanaraq Prezidentin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli sərəncamı ilə təsdiq edilib. Bu proqram Azərbaycanda 4 ilə yaxındır ki, uğurla icra olunur və 2019-cu ildə öz əhatə dairəsini 72% genişləndirib. Bu çox yaxşı göstəricidir. Azərbaycanın bu sahədəki gördüyü işlər BƏT tərəfindən ən yaxşı təcrübə kimi dünya ölkələrinə tövsiyyə edilib.
    Hazırki vəziyyəti nəzərə alaraq, həmçinin post pandemiya dövrünə qədəm qoyacağımız təqdirdə, bu sahəyə diqqəti daha da artırmalı, ələxsus da özünüməşğulluğun dəstəklənməsi istiqamətində proqramlar hazırlamalı və qısa bir zaman çərçivəsində onların icrasına başlamalıyıq”- deputat qeyd edib.
    Millət vəkili hesab edir ki, bu proqram hazırkı vəziyyətdə daha da genişləndirilməli (hazırda ancaq BƏT-in “Öz biznesini başla və təkmilləşdir”proqramının kiçik bir hissəsi “Öz Biznesinə Başla” hissəsi tətbiq edilir) və bu proqrama BƏT-in“Öz biznesini başla və inkişaf etdir” paketində olan digər tövsiyyələr də nəzərə alınmalıdır: “ Bura birincisi, ev şəraitində özünüməşğulluğu təmin edən bizneslərin yardılması, ikincisi, ev şəraitində ailə biznesi, üçüncüsü, məsafədən biznes təlimləri, dördüncüsü, yeni və ya hazır bizneslərə innovasiyaların tətbiq olunması, beşincisi, hökümətin ayırdığı vəsaitin düzgün istiqamətdə xərclənməsini təmin etmək, bizneslərin davamlılığını təmin etmək məqsədilə yeni yaradılmış və ya mövcud bizneslərin monitorinqi, qiymətləndirilməsi üçün xüsusi proqram təminatı yaratmaq və beləliklə də hökümət portalından biznesin mövcud durumunu izləmə imkanı daxil edilməlidir.
    Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:
    Birincisi, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması; ikincisi, mikro və kiçik sahibkarlığın inkişafı; üçüncüsü, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması; dördüncüsü, dövlət vəsaitlərin xərclənməsində səmərəliliyin artırılması; beşincisi, yoxsulluq səviyyəsinin azaldılması; iqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.
    Artıq Azərbaycanda təməli qoyulmuş və uğur əldə etmiş bu proqramın, tam şəkildə icra olunarsa ölkə iqtisadiyyatına mövcud vəziyyətdə və post korona dövründə 40-50% dəktəkan vermiş olar. Qeyd etmək istərdim ki, BƏT “Öz biznesini başla və təkmilləşdir” Proqramını tam həcmdə həyata keçirmək üçün Azərbaycanda həm təlimçi və mütəxəssis resurslarımız, həm də BƏT “Öz biznesini başla və təkmilləşdir” proqramının nümayəndəsi var. Bu isə iqtisadi fəllığın qısa zamanda bərpa olunmasına öz töhfəsini verə bilər”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:21

İsmarıclar bağlıdır.