Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Июн

    Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı və MKTİB-nin rəisi İlham Quliyevin göstərişi ilə şəhərdə görülən abadlıq işləri davam edir.
    İşlərin nəzarəti rəis müavinləri Elşad Əsgərova, İlqar Əsədova və baş mexanik Naqif İbişova həvalə olunub. Gəncə şəhərində bir neçə gündür ki, görülən ənənəvi abadlıq-quruculuq və təmizlik işləri bu gün də geniş miqyasda vüsət alıb. Bu işlərə MKTİB-nin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub. Belə ki, bu gün də işlər bir neçə istiqamətdə aparılıb.

    MKTİB -nin Təmizlik şöbəsinin və MİS -nin birgə əməkdaşlığı ilə təşkil olunan iməcilikdə yüzlərlə işçi iştirak edib.
    Şəhərin Gəncə — Samux və hava limanı istiqamətində başladılan işlər Heydər Əliyev, Nizami Gəncəvi və Nərimanov prospektlərini, Tağı Arani küçəsini və digər əraziləri əhatə edib. Yollar, səkilər, dayanacaqlar, zibil qutuları və yol kənarı işarələr və lövhələr yuyularaq təmizlənib. Tağı Arani küçəsində yüzlərlə yeni şam ağacı əkilib.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:05

İsmarıclar bağlıdır.