Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Июн

    Gəncənin Gülüstan yaşayış massivində yerləşən məşhur “Üçbulaq” bir çoxuna tanışdır. Bu bulaq uzun illər şəhər sakinlərini saf və sərin su ilə təmin edib. Bir neçə il əvvəl burada əsaslı təmir-bərpa işləri aparılıb.

    Nəticədə bulaq müasir görkəmə salınıb, ərazisi genişləndirilib. Eyni vaxtda daha çox insanın su götürməsi üçün bulaqların sayı artırılaraq 3-dən 10-a çatdırılıb. Bununla belə bir neçə müddət idi ki, bulağa su fasilələrlə verilirdi. Bu isə sakinlərin haqlı narazılığına səbəb olurdu.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə “Üçbulağın” su təminatı bərpa edilib. Bulaq fasiləsiz fəaliyyət göstərəcək və sakinlər günün istənilən saatında buradan su götürə biləcəklər. Bulağa su Göygöldən çəkilən içməli su xəttindən verilir. Niyazi Bayramovun tapşırığı ilə ərazidə abadlıq və təmizlik işləri də aparılıb. Bu da sözügedən ərazinin sakinlər tərəfindən istirahət güşəsi kimi istifadə etmələrinə imkan yaradır.

    Yaşar Nəbiyev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:08

İsmarıclar bağlıdır.