Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,296
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Июн

    Son aylarda Ermənistanda baş verən hadisələr Nikol Paşinyanın siyasi qabiliyyətsizliyinin açıq-aşkar göstəricisidir. Onun ölkədə müxalifət liderlərinə, özündən qabaqkı dövlət başçılarına və hökumət üzvlərinə, eyni zamanda Ermənistanın onun siyasətinə qarşı olan bəzi milyonçularına göstərdiyi mənfi münasibət, tətbiq etdiyi güc, həbslər, hətta naməlum qətllər onun qısa zamanda erməni ictimaiyyətində gözdən düşməsinə səbəb oldu. Halbuki, iki il bundan qabaq öz saqqallı obrazı ilə meydanlara atılıb on minləri arxasınca aparanda, həm erməni əhalisi arasında, həmdə beynəlxalq ictimaiyyət qarşısında kifayət qədər özünə və Ermənistana demokratik imic formalaşdıra bilmişdi.

    Lakin sonrakı hadisələr — istər hökumətin tətbiq etdiyi daxili siyasətin, istərsədə xarici siyasətin el dilində desək “lax” çıxması Paşinyanın hesab etdiyi kimi onun qabiliyyətli olmadığını göstərdi. Xüsusilə hazırki pandemiya dövründə Ermənistan hökumətinin xəstəlik qarşısında aciz qalması, yoluxma və ölü sayının hər gün artması Paşinyanın saqqallı qabiliyyətli demokrat imicinə əməlli başlı zərbə vurdu. Ermənistanda artan sosial narazılıq fonunda mitinq iştirakçılarının sayının hər gün artması, hökumətin istefasını tələb edən səslərin dahada ucalması siyasi böhranın dərinləşməsinə səbəb olub. Bunun müqabilində Paşinyan hökumətinin mitinq iştirakçılarına qarşı güc tətbiq etməsi, həbslərin artması onu göstərir ki, Paşinyan heçdə humanist demokrat yox totalitar avtoritet olmaq niyyətində imiş.
    Erməni hökumətində bir birinin ardınca baş verən istefalar, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarkisyanın istefası Paşinyan iqtidarının təşvişdə olduğundan xəbər verir. Parlamentdə hakim partiyadan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın son dövrlər hökumətin pandemiya qarşısında aciz qalmasını əsas gətirərək, tez-tez tənqidi çıxışlar etməsi, eyni mətnli tənqidlərin üçüncü böyük fraksiya olan “İşıqlı Ermənistan” Partiyası tərəfindən də səsləndirilməsi artıq Nikol Paşinyan iqtidarının sonunu yaxınlaşdırır. N.Paşinyan isə bu etirazların qarşısını zor tətbiq etməklə almaq istəyir və bunu açıq şəkildə nümayiş etdirir. “Çiçəklənən Ermənistan” partiyasının sədri, “Sarukyan” deputat fraksiyasının lideri, milyonçu Q.Sarukyanın deputat toxunulmazlığının iyunun 16-da Ermənistan parlamenti tərəfindən ləğv edilməsi, ona qarşı birdən birə üç cinayət işinin açılması ölkədəki siyasi prosesləri daha da qızışdırıb. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. Faktiki olaraq şahidi oluruq ki, Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir.
    Ermənistan hökumətinin etiraz edənlərə aqressiv münasibəti pandemiya dövründə özünün bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışmasından xəbər verir. Təəssüf ki, əksər beynəlxalq təşkilatlar, ümumən bir sıra Qərb təşkilatları hələ də Ermənistandakı bu antidemokratik hərəkətləri sakitcə seyr edir, heç bir münasibət bildirmirlər. Bu da dünyada baş alıb gedən ikili standartların bariz nümunəsidir. Halbuki, bu hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ kobud şəkildə pozulmuş, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmuş, yerli kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyətinə imkan yaradılmamışdır. Hər birimiz şahidiyik ki, Qərbin guya ki, önəm verdiyi bütün dəyərlər ayaq altına salınsa da, yenə də Ermənistana “gözün üstə qaşın var” — deyən yoxdur. Təəccüb doğuran məsələlərdən biri də odur ki, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri də özlərini elə aparırlar ki, sanki bu ölkədə heç nə baş verməyib.
    Rusiyanın bu prosesdə erməni müxalifətini açıq-aşkar dəstəkləməsi, Paşinyanla Rusiyanın ilk gündən ulduzunun barışmaması bu prosesin sonunda “saqqallının” aqibətinin yaxşı olmayacağından xəbər verir. Ümumiyyətlə inanmıram ki, Rusiya özünün dünyaya gətirərək böyütdüyü Ermənistanda hansısa şıltağın ucbatından nəzarəti itirmək istəsin.

    Şahmar Həsənov,
    Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və

    multikulturalizm kafedrasının baş müəllimi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:18

İsmarıclar bağlıdır.