Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 711
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

Gəncənin səsi – 95

 

Gəncə kimi «Gəncənin səsi» intibahını yaşayır

 

«Gəncənin səsi» qəzeti uzun bir yol keçib, taleyi keşməkeşli olub. Lakin qəzet bütün zamanlarda qarşısına qoyduğu missiyanın öhdəsindən layiqincə gələ bilib. Ulu Gəncənin 95 illik salnaməsini yazıb.

Bu gün «Gəncənin səsi»nin 60 ilə yaxın olan (ondan əvvəlki illər arxivimizdə yoxdur) arxivinə nəzər salsaq görərik ki, sakini olduğu şəhər kimi adı dəfələrlə dəyişdirilsə , məramı dəyişməyib, peşəkarlığına xələl gəlməyib. Hər dəfə saralmış qəzet səhifələrini vərəqləyəndə sanki həmin illərin ab-havasına qovuşur, gözlərimiz önündə canlanan mənzərəni bu günlə müqayisə edib qürur hissi keçirirsən.

«Gəncənin səsi» respublikamızda çap olunan mətbu orqanlarının ən qocamanlarından biridir. Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşündə dediyi kimi: «Biz fəxr edə bilərik ki, Milli Mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir».

1990- ildə Gəncənin adı özünə qayıtsa da, sevincimizi doya-doya yaşaya bilmədik. Ölkədə yaranan xaos, Qanlı Yanvar qırğınları bu sevincin üzərinə kölgə saldı. Bir zamanlar şox böyük tirajla çıxan qəzet baxımsız qaldı. Hətta tirajı 300 nüsxəyə qədər endi. 90- illər "Gəncənin səsi" qəzetinə söz verilmədiyi, tənhalaşdığı bir zaman idi. Sonralar, yəni 2011-ci ilin əvvəllərinə qədər 500 tirajla çap olunduq. Böyük ənənəyə malik olan bir qəzetin oxucusuz qalması hamını ruhdan salmışdı. İş otaqlarımızın, əməkdaşlarımızın da sayı tirajımızla bərabər azalırdı.

Bütün bunları əbəs yerə xatırlamırıq

Gəncənin salnaməsinə çevrilən qəzet nüsxələri yaşanmış tariximizin bir hissəsi kimi yaddaşımızı təzələyir. Gəncənin son illərdəki sıçrayışlı tərəqqisinə bələdçilik edir. Maraq xatirinə 1953- ildən 2010-cu ilə kimi qəzetləri vərəqləmişəm. Lakin son 4 idən bir qədər çox müddətdə bu qədər genişmiqyaslı quruculuq işlərinin görülməsinə rast gəlmədim. Cəmi bir ildə 5 möhtəşəm tikili, 5 muzey istifadəyə verildi. Analoqu olmayan möhtərəm Prezidetimiz cənab İlham Əliyevin möcüzə adlandırdığı Heydər Əliyev park-kompleks isə ulu öndərin xatirəsinə ən əziz, ən qiymətli hədiyyə hesab oluna bilər. İstər xaricdən, istər paytaxtdan, istərsə regionlardan gələn hər kəsdən heyranlıq dolu sözləri eşidəndə sevincimiz yerə-göyə sığmayır. Axı bu sözlər elə-belə deyilmir. Möhtəşəm Zəfər tağı, ən zəngin bitki örtüyünə malik olan 460 hektarlıq park, 5 min tamaşaçı tutan möcüzə amfiteatr içində qayıqlar üzən süni göl, 7 hektar ərazidə, sözün həqiqi mənasında, nağıllar dünyasını xatırladan uşaq parkıBütün bunlar bünövrəsi qoyulandan ta son tamamlanmaya kimi qəzet səhifəsində öz əksini tapıb.

Gələcəkdə qəzeti vərəqləyənlər yəqin ki, Gəncəni intibaha qovuşduran 2011-ci ildən baş götürən bu sürətli qeyri-adi gözəlliklərin necə ərsəyə gəldiyinin, kimlərin zəhmətinin bəhrəsi olduğunun şahidinə çevriləcəklər

Bu gün Gəncə çox böyük yüksəlişdədir!..

Genişmiqyaslı quruculuq işləri, aparılan abadlıq, şəhərin yeni libası olan tikililər, yaşıllıq, gül-çiçək, tarixi abidələrimizə qayğı, istehsalın artması, yeni yerlərinin açılması, Şeyx Nizamiyə indiyə qədər olmayan böyük məhəbbət, illərlə yığılıb qalan problemlərin az bir zaman kəsiyində həllini tapması bizi çox sevindirir.

Gəncə çox dəyişib, tarixiliklə müasirliyin harmoniyasından yoğrulan möhtəşəm bir gözəlliyə sahib olub!..

Adı Azərbaycanın tarixi keçmişinə, dövlətçilik salnaməsinə, mədəniyyətinə qızıl hərflərlə yazılan Gəncə əvvəlki şöhrətini yenə özünə qaytarıb. Bölgənin bütövlükdə Cənubi Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilib.

Bu gün Gəncənin hansı prospektinə, hansı küçəsinə, hansı məhəlləsinə baş çəksən dəyişikliyin, inkişafın, tərəqqinin şahidi olarsan!..

Biz bütün bu yüksəliş genişmiqyaslı quruculuq işlərinin canlı şahidiyik. Şəhərimiz gözlərimiz qarşısında sürətlə dəyişir. Ayları, illəri qabaqlayan bu yüksəlişin sevinci ürəyimizə təpər, qolumuza qüvvət, ruhumuza xoş ovqat bəxş edir.

Gəncənin inkişafı, simasının dəyişməsi, müasirləşməsi şəhər sakinlərinin ürəyincədir. İndi bütün gəncəlilər öz doğma şəhərləri ilə ürək dolusu fəxr edir, qürur hissi keçirirlər. Bu gözəllik hər bir sakinin şüuruna hakim kəsilib. Bu inkişafdan, Gəncənin şöhrətinin yüksəlməsindən, şəhərimizdə hər sahənin müasirləşməsindən "Gəncənin səsi" qəzetinə mühüm pay düşüb. Şəhər İcra Hakimiyyətinin orqanı olan "Gəncənin səsi" qəzetində şəhərimizin bütün istiqamətlər üzrə həyatı daha yüksək zövqlə peşəkarlıqla öz əksini tapır.

Bir zamanlar deyərdilər ki, televiziyanın inkişafı radionu sıxışdıracaq. Lakin bu gün müxtəlif radio proqramlarının kifayət qədər dinləyicisi var onların sayı getdikcə artır. Elektron kitablar kitab çapını əngəlləyəcək deyirdilər. Bu da baş vermədi. Kifayət qədər nəşriyyat fəaliyyət göstərir ki, burada işıq üzü görən kitabların sayı minlərlədir. İnternetin inkişafı gördüyümüz kimi çap mediasını üstələyə bilməyib. Axı dünya təkcə xəbərlərə möhtac deyil, daha ətraflı təhlili yazılar, ictimai rəyə düzgün istiqamət verən publisistik yazılar, milli-mənəvi dəyərlərimizə hörmət məhəbbətlə yazılmış məqalələr tariximizin, bu günümüzün əksi olan müəllif yazılarına ehtiyac var bir qəzet hər zaman əlçatan yerdədir. Bunun üçün şəbəkə, elektrik, digər zəruri avadanlıqlar tələb olunmur. Onu istədiyin yerə asanlıqla daşıya da bilərsən.

Bu il 95 yaşını qürurla qeyd etdiyimiz «Gəncənin səsi» yazılı çap mediasına mənsub olan bir mətbu orqandır. 95 yaş qısa bir tarix olmadığı üçün bu illərdə qəzetin Gəncənin (bəzən isə Kirovabadın) nəbzi ilə birgə vurmasına diqqət yetirmək maraqlı olardı.

1920-ci ilin may ayında ilk sayı işıq üzü görən qəzet "Qırmızı Gəncə" adlanırdı. Əslində qırmızılıq bu rəngin daşıyıcısı olan sevinc, səadət, xoşbəxtlik kimi ifadələr bu addan çox-çox uzaq idi. "Qırmızı Gəncə"nin ilk redaktoru olan Məmmədkazım Ələkbərli öz xalqına, millətinə bağlı bir ziyalı idi. Bu onun redaktoru olduğu qəzetin səhifələrində hiss olunurdu. Odur ki, imperiyanın keşiyində duranlar bundan xoşlana bilməzdilər. Elə buna görə cəmi 5-6 ay fəaliyyət göstərə bildi. 30-a yaxın sayı işıq üzü gördükdən sonra qəzet həm adını, həm ilk redaktoru Məmmədkazım Ələkbər oğlu Ələkbərlini itirdi. Elə həmin ilin dekabrında onun yerini "Füqəra sədası" adı ilə nəşrə başlayan mətbu orqan tutdu. Lakin bu qəzetin fəaliyyəti uzun çəkmədi. 1923- ildə redaktor Balabəy Həsənbəyovun işində qüsur tapıldı o, kənarlaşdırıldı. Qəzet fəaliyyətini dayandırdı. Bəli, belə qüsurlar çoxlarının başına faciələr gətirirdi. Azacıq bir xoşa gəlməyən ifadə, xalqın ruhunu oxşayan bir fikir bəs edirdi ki, kiməsə xalq düşməni damğası vurulsun. Əsl məsələ isə xalqın, millətin gözünü qorxutmaq, insanların milli mənlik şüurunu məhv etmək, onu idarə olunan kütləyə çevirmək idi.

1929-cu ildən ayda iki dəfə çıxmaqla "Zərbə" adı ilə fəaliyyətə başlayan qəzet 1935-ci ildən yenidən adı dəyişdirilərək əvvəlcə "Kirovabad bolşeviki", sonra isə "Kirovabad fəhləsi" kimi çap edilsə , sonradan "Gəncə kommunisti" kimi oxuculara təqdim olundu. Adlar dəyişir, yuxarıdan gələn tələblər isə dəyişməz qalırdı. İşıq üzü görən hər sayın arxasında qorxu "görəsən" fikirləri yer alırdı. Çünki yaşananlar göz qabağında idi. Bir-birinin arxasınca bağlanan qəzetlər, həbs olunan, güllələnən, Sibirə sürgün olunan redaktorlar, ziyalılar bax həmin günləri yaşayıb, Gəncənin mətbu salnaməsini yazıb oxucularına çatdıra biliblər. Elə ona görə bu gün həmin qəzetləri vərəqləyərkən, Gəncənin hansı ab-hava ilə nəfəs aldığını, onun küçə-küçə, məhəllə-məhəllə necə böyüdüyünü, ikinci sənaye şəhəri kimi fabrik zavodlara sahib olduğunu görür, böyük bir ziyalı ordusunu yetişdirən ali orta ixtisas məktəblərinin fəaliyyəti ilə tanış oluruq. Bu qəzetlər Gəncənin tarixidir. Özü elə bir tarix ki, sadə insanların dilindən söylənilir, nümunələr, fotoşəkillərlə oxucuya təqdim olunur. Ötən illərin qəzetlərini vərəqləmək Gəncə tarixinə səyahətdir desək, yəqin ki, yanılmarıq.

37 il "Kirovabad kommunisti" adını daşıyan qəzet 1990- ildə Gəncənin adının dəyişdirilməsi ilə "Gəncənin səsi" kimi oxucularına təqdim olundu. Həmin zamana kimi 7 dəfə adı dəyişdirilən qəzet nəhayət ki, öz həqiqi üslubuna, deyim tərzinə qovuşdu, oxucunun onun səhifələrində görmək istədiklərini çap etmək imkanı qazandı. Bütün respublika qəzetləri susdurulan zaman sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğını, 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri həqiqətləri elə ilk günlərdə aləmə car çəkənlər arasında "Gəncənin səsi" qəzeti vardı. “Gəncənin səsini, həm bir jurnalistika məktəbinə bənzətmək olar. Vaxtilə bu qəzetdə çalışanlar indi respublikamızın ən tanınmış qələm əhli, yaradıcı insanları kimi nüfuz qazanıblar.

Bu gün böyük qürur hissi ilə 95 yaşını qeyd etdiyimiz "Gəncənin səsi" qəzetinin redaktorlarından Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov, Cavad Fərhadov, Cəfər Bağır, Cahangir Hüseynov, Qara Abbas, Kəramət Tağıyev, Abdulla Şərifov, Fərid Cəfərov, Zahid İsmayılov Sabir Hacıyevə Allahdan rəhmət diləyir, yaxşı ki, Siz yazıb, yaradıbsınız deyirik. Çünki 95 yaşlı qəzet bunun üçün həm öz redaktorlarına əməkdaşlarına minnətdardır.

Bugünkü "Gəncənin səsi" isə illərlə ürəyimizdə yığılıb qalan arzularımıza işıq tutub. Qəzet şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü böyük dəstəyi ilə hər zaman həsrətində olduğumuz görkəminə qovuşub. Hər addımda gördüyümüz qayğı bizi daha məsuliyyətlə, daha peşəkarcasına işləməyə sövq edir. 95 yaşlı qəzet üçün heç zaman belə şərait yaradılmamışdır. Gəncənin bugünkü inkişafını qəzet səhifəsinə çıxara bildiyimiz üçün fəxr edirik

Redaksiyada otaqlarımız  ən yüksək səviyyədə təmir olunub. İş şəraitimiz yaxşılaşıb. Doğru deyiblər ki, işin səmərəsi şəraitdən çox asılıdır. Redaksiyanın yerləşdiyi inzibati bina istifadəyə veriləndən bəri belə quruculuq, abadlıq görməyib. Hər gün işə böyük sevinclə başlayırıq. Çünki otaqların səliqə-sahmanı ilə yanaşı, jurnalistə lazım olan varsa əlimiz çatan yerdədir. Qəzetin «Hundai» markalı xidmət maşını var. Həmişə paytaxt jurnalistlərinə, redaksiyalara həsəd aparmışıq. Əminliklə deyirəm ki, bizim üçün yaradılan şərait heç mərkəzi mətbuatın aid olduğu redaksiyalarda da yoxdur.

Söylədiklərimiz sürətlə inkişaf edən, yüksək səviyyəyə qalxan mətbuatımızın bir üzvü olan «Gəncənin səsi»nin necə dəyişdiyini, müstəqillik illərində durğunluq keçirsə 4 ildən çox bir müddətdə yeni simasına, nüsxələrinin 5 minə çatmasına əyani bir misaldır. «Jurnalistlərin dostu» mükafatına ikinci dəfə layiq görülən Prezident İlham Əliyev demişdir: Mən «Jurnalistlərin dostu» mükafatına görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir».

Jurnalist qəzetçi üçün bundan böyük sevinc ola bilməz.

Bütün bu qayğı etimada əməli işi ilə cavab vermək isə hər bir jurnalistin şərəf borcudur.

Rəfiqə SADIQOVA

 

Опубликовать в Facebook
Опубликовать в Google Plus
Опубликовать в Одноклассники
Опубликовать в Мой Мир
Опубликовать в Яндекс