-
27ИюнSiyasət Комментарии к записи Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etdi отключеныAzərbaycan Respublikasının Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi dövründə öz gücünü bir daha ortaya qoydu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması tarixi isə hələ keçən əsrə təsadüf edir. Beləki, tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
-
23ИюнXəbərlər Комментарии к записи Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır отключеныDünyanı cənginə alan COVİD-19 pandemiyası ilə mübarizə davam etməkdədir. Hazırda dünyanın bir çox ölkəsində əhalinin küyləvi vaksinasiyası aparılır. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Azərbaycanda da 18 yaşdan yuxarı hər bir şəxs COVİD-19 əlehinə peyvənd oluna bilər.
Qeyd etmək lazımdır ki, əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70 80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər.
-
18ИюнTəhsil Комментарии к записи Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək отключены
DİM-dən 525.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.
-
18ИюнTəhsil Комментарии к записи Müəllimlərin sertifikasiyasının keçirilmə qaydası отключены
Nazirlikdən 525.az-a verilən məlumata görə, təhsilverənlərin sertifikasiyasının test imtahanı mərhələsində imtahan sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib ediləcək.
Bu mərhələdə təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim ediləcək.
-
18ИюнSəhiyyə Комментарии к записи Hamilələrin və süd verən anaların peyvənd vurulması tövsiyə olunmur отключены
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayevanın verdiyi məlumata görə, hamilə qadınlar müəyyən şərtlər daxilində peyvənd oluna bilərlər: “Risk qrupuna daxil olan hamilələrdə, yəni, virus infeksiyasına yoluxacağı təqdirdə xəstəliyi ağır keçirmə və ciddi patologiya ilə üzləşmə ehtimalı varsa, onlar peyvəndlənə bilərlər. Yanaşı xroniki xəstəliyi olanlara isə peyvənd vurdurmaq məsləhət görülmür. Lakin peyvənd edilmək hamiləliyi planlaşdıranlar üçün əks göstəriş deyil, yəni, hamilə olmağı planlaşdıranlar da peyvənd vurdura bilərlər.
-
18ИюнSiyasət Комментарии к записи Şuşa Bəyannaməsi — müttəfiqliyin qızıl dövrü başlayır отключены
Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilən bayram günündə ölkəmizin, eləcə də Cənubi Qafqazın tarixndə yeni səhifə açıldı. Qarabağın tacı olan qədim qala şəhərimizdə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə iki ölkənin qardaşlıq münasibətləri, alternativsiz müttəfiqlik qızıl dövrünə qədəm qoydu. Mövcud əlaqələr möhkəm bağlarla daha da gücləndi.
İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşadan Ermənistana, onun havadarlarına və dünya birliyinə mühüm mesajlar ünvanladılar.
-
18ИюнTəhsil Комментарии к записи “NİZAMİ GƏNCƏVİ” ADLI BEYNƏLXALQ ONLAYN KONFRANS KEÇİRİLMİŞDİR отключены
Bildiyimiz kimi Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və İnnovasiyalar departamentinin təşkilatçılığı ilə Atatürk Universiteti ilə birgə iyunun 17 və 18-də iki günlük “Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilmişdir.
Konfransda hər iki Universitetin rəhbərliyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu, millət vəkilləri, tanınmış nizamişünas-alimlər, professor-müəllim heyəti, iştirak etmişdir.
-
16ИюнCəmiyyət Комментарии к записи 15 İyun – müstəqilliyimizin təntənəsi, zəfərə gedən yolun başlanğıcıdır отключены
Tarixi təcrübə göstərir ki, dövlətin, cəmiyyətin və insanlığın inkişafını müəyyən edən əsas faktorlardan biri də lider fenomenidir. Məhz böyük şəxsiyyətlər özlərinin fəaliyyəti, irəli sürdüyü ideyalar və qəbul etdiyi qərarlarla nəinki öz dövlətlərinin tarixinə, bütövlükdə dünyada gedən ictimai-siyasi proseslərə təsir göstərmək imkanına malik olurlar. Belə tarixi simalar öz əməlləri və ideyaları ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin tərəqqisinin həmin dövrü birbaşa onların adları ilə bağlı olur.
Bütün tarixi dövrlərdə böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. -
16ИюнCəmiyyət Комментарии к записи Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub отключены
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Gəncənin baş meydanında quraşdırılan monitorda Ulu öndər Heydər Əliyevin siyasi fəaliyətinə həss olunan “Qurtuluş” filmi nümayiş etdirilib.
Daha sonra Heydər Əliyev Park-Kompleksindəki Amfiteartda karantin rejimi qaydaları nəzərə alınmaqla konsert proqramı təşkil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Göygöl Təhsil Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutan tədbirdə qeyd olunub ki, 15 İyun — xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü il iyun ayında Ulu ondər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qutuluşu kimi qeyd olunur.
-
15ИюнHadisə Комментарии к записи Niyazi Bayramov yanğın zamanı xəsarət alanları ziyarət edib отключены
Bu gün səhər saatlarında Gəncə şəhərindəki yaşayış binalarının birində partlayış olub. Partlayış nəticəsində baş verən yanğın qonşu mənzilə də keçib. Nəticədə 3 nəfər xəsarət alıb. Heydər Əliyev prospekti, mənzil 56A, ev 11 ünvanında yaşayan 40 yaşılı Cabbarov Mirmehdi Mirağa oğlu, qonşu mənzildə yaşayan 59 yaşlı Rzayev Ruzigar Salman oğlu və 55 yaşlı Rzayeva İradə Oktay qızı xəstəxanaya yerləşdiriliblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisədən dərhal sonra Təcili Tibbi Yardım və A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanalarına gedərək, yanğın zamanı xəsarət alanlara baş çəkib. Yaralıların vəziyyəti ilə maraqlanan icra başçısı onların ailə üzvləri ilə də görüşüb, onları qayğılandıran məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Reanimasiyaya yerləşdirilən M.Cabbarovun vəziyyəti ağır, R.Rzayev və İ.Rzayevanın vəziyyətləri orta-ağır qiymətləndirilir.
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0
Ziyarətçilər
SON NÖMRƏMİZ
FOTOQALEREYA
BÖLMƏLƏR
DİGƏR KEÇİDLƏR
Yeni məqalələr
-
10-18-2021
-
10-17-2021
-
10-17-2021
-
10-17-2021
-
10-15-2021
Yeni ismarıclar