30Ноя
“Associated Press” agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb. Reportajda raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.
Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılmış, insanlar, avtomobillər dağıntılar altında qalmışdır. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buraya gələnlər əllərində güllər, oyuncaqlar gətirirlər.
Daha ətraflı »
30Ноя
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən gələn ilin əvvəlindən yeni aylıq müavinət növü təsis olunacaq.
Daha ətraflı »
30Ноя
Azərbaycan Dövlət Aqrar Universitetində“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransda universitetin rektoru İbrahim Cəfərov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq məktubuna əsasən, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə tam funksional fəaliyyətin təmin edilməsi və aqrar sahənin infrastrukturunun qurulması məqsədi ilə kənd təsərrüfatı təyinatlı layihələr barədə məlumatlar Nazirliyə təqdim olunmalıdır.
Daha ətraflı »
25Ноя
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Prezident İlham Əliyevin xalqa müraciəti
-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Daha ətraflı »
25Ноя
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib. Paylaşımda deyilir: «Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə — Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!».
Daha ətraflı »
25Ноя
Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə təntənəli tədbir keçirilir. Kəlbəcərlilər rayonunun işğaldan azad olunmasını böyük təntənə ilə qeyd edirlər. Şəhərin bir çox küçə və prospektlərində insanlar Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə avtoyürüşlər keçirirlər.
Gəncə şəhəri ərazisində Kəlbəcərdən olan məcburi köçkünlər və yerli əhali “Qarabağ Azərbaycandır!”, “Kəlbəcər bizimdir!”, “Yaşasın İlham! Əliyev!” və Yaşasın Ali Baş Komandan!” şüarları ilə küçələrə axışaraq Azərbaycanın Dövlət Bayrağını dalğalandırırlar. Şəhərin küçə və prospektlərində avtoyürüşlər keçirilir.
Daha ətraflı »
25Ноя
CNN Türk kanalının müxbiri Fulya Öztürk COVID-19-a yoluxub. Bu barədə jurnalist özünün instaqramdakı səhifəsində bildirib. O, Azərbaycandan Türkiyəyə ötən bazar günü qayıtdığını bildirib.
Fulya Öztürk qeyd edib ki, həmin gün verdiyi koronavirus testinin nəticəsi mənfi olub. Lakin sonradan onda COVID-19 aşkarlanıb.
Daha ətraflı »
25Ноя
Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün — noyabrın 25-də isə rayon işğaldan azad olundu.
Daha ətraflı »
24Ноя
Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Daha ətraflı »
24Ноя
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən ailələr daim diqqətdə saxlanılırlar. Həm dövlət, həm də milli mənəvi dəyərlərə sadiqlik nümayiş etdirən xeyirsevər insanlarımız tərəfindən həmin şəxslərə yardımlar edilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, müxtəlif iş adamları və millət vəkillərinin dəstəyi ilə növbəti yardım paketləri sahiblərinə çatdırlıb. Erməni terroru nəticəsində zərər görən şəxslərə isiti geyim və ehtiyac duyduqları müxtəlif əşyalar təqdim olunub.
Daha ətraflı »
Yeni ismarıclar