Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 30-dək 4 şəhər, 3 qəsəbə və 184 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 72 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 17 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
-
30ОктSiyasət Комментарии к записи İşğaldan azad edilmiş şəhər və kəndlərimiz отключены
-
30ОктCəmiyyət Комментарии к записи «Xalqımız ətrafınızda sıx birləşib» — Prezidentə yazırlar отключены
Türkiyədən, Rusiyadan, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.
Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə
“Hörmətli cənab Prezident.
Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm. Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.
-
29ОктSiyasət Комментарии к записи İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz. Şadam sizi görməyimə.
Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.
-
29ОктXəbərlər Комментарии к записи Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib отключены
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərində Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının Türk Evinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib.
-
29ОктCəmiyyət Комментарии к записи Ombudsmanın MPQ üzvləri Gəncə şəhər Uşaq Evinə baş çəkiblər отключены
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
-
29ОктMədəniyyət Комментарии к записи “Eurovision” ulduzlarından Gəncə terroru barədə klip отключены
“Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. “Say Hallelujah” mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi yutub kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.
Klipdə “Report” İnformasiya Agentliyinin hadisə yerində lentə aldığı kadrlar da yer alıb.
Müğənni Elnur Hüseynov hisslərini bölüşüb:
-
29ОктSiyasət Комментарии к записи Cəbhədə oktyabrın 29-na olan son vəziyyət отключены
Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
-
29ОктCəmiyyət Комментарии к записи Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı отключены
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.
-
29ОктCəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены
Cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-11, gündüz 15-200 dərəcə təşkil edəcək.
Atmosfer təzyiqi gecə 761, gündüz 758 mm civə sütunu, nisbi rütubət gecə 56, gündüz 54 faiz olacaq.
-
28ОктSiyasət Комментарии к записи Ərdoğan: “Zəfər Azərbaycanındır!” отключены
“Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq.
Yeni ismarıclar