Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,084
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 29Мар
    Xəbərlər Комментарии к записи Yaponiyanın “ŞARP” korporasiyasının şəhərimizdə yeni satış mərkəzi fəaliyyətə başlamışdır отключены

     

    Yaponiyanın “ŞARP” korporasiyası şəhərimizdə özünün yeni satış mərkəzini açmışdır. Açılış mərasimində çıxış edən şirkətin nümayəndələri Bakıdan sonra respublikanın ikinci böyük şəhəri olan Gəncədə belə bir mərkəzin açılmasını Azərbaycanda satış mərkəzləri şəbəkəsinin genişləndirilməsində mühüm addım kimi dəyərləndirmiş və əsas məqsədin Yaponiyanın yeni texnologiyalarının Azərbaycanda istehlakçılara təqdim etməkdən ibarət olduğunu diqqətə çatdırmışlar.

    “ŞARP” korporasiyasının yerli və xarici nümayəndələrin, eləcə də Gəncənin iş adamlarının iştirakı ilə keçirildiyi mərasimdə qonaqlara satış mərkəzində yeni çeşid və münasib qiymətlərlə təklif olunan məişət texnikası barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, yeni mağazada alıcılar evlərində rahatlıq və zövq yaradacaq müxtəlif yapon texnikasını güzəştli qiymətlərlə kreditlə almaq imkanı əldə edəcəklər. 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 29Мар
    Xəbərlər Комментарии к записи Diabet xəstəliyinin profilaktikasına həsr olunmuş treninq keçirilmişdir отключены

     

    Şəhər səhiyyə idarəsində “Regionlarda endokrin xidmətinin və diabet məktəblərinin təkmilləşdirilməsi” mövzusunda treninq keçirilmişdir.

    Respublika Səhiyyə Nazirliyi Endokrinoloci Mərkəzin təşkilatçılığı ilə keçirilən 5 günlük treninqdə profilaktik tədbirlərə, xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, eləcə də xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınması istiqamətində görülməsi vacib olan məsələlərə həsr olunmuş müxtəlif məruzələr dinlənilmişdir. Treninqdə şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatlarla təmin edilməsi, həmçinin xəstələrin vahid elektron registrinin və məlumat bazasının yaradılması barədə də ətraflı məlumat verilmişdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 29Мар
    Xəbərlər Комментарии к записи Xüsusi ehtiyacı olan uşaqlar tamaşa göstərmişlər отключены

     

    Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə icma əsaslı reablitasiya mərkəzinin balaca üzvləri Novruz bayramı münasibətilə tamaşa göstərmişlər. Bu barədə məlumat verən mərkəzin koordinatoru Rəzalə Abbasova  demişdir ki, 2003-cü ildən fəaliyyət göstərən mərkəzdə indiyədək 369 uşaq reablitasiyadan keçmişdir. Hazırda burada 52 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq təlim proqramlarında iştirak edir və demək olar ki, onların əksəriyyətində müsbət dəyişikliklər müşahidə olunur. Elə bu dəyişikliyi cəmiyyətə göstərmək məqsədilə Novruz bayramına həsr edilmiş tamaşa hazırlamağı qərara aldıq. İstəyimiz uğurla həyata keçdi və Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa alqışlarla qarşılandı.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 29Мар
    Xəbərlər Комментарии к записи Şəhərimizdə stolüstü tennis üzrə respublika birinciliyi keçirilmişdir отключены

     

    Gəncə stolüstü tennis üzrə respublika birinciliyinə ev sahibliyi etmişdir. Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda iki yaş qrupunda, 1995-1997-ci və 1998-ci il təvəllüdlü gənclər öz qüvvələrini sınamışlar.

    Yarışın baş hakimi Fərhad İsmayılov demişdir ki, Bakı, Gəncə, Sumqayıt, Şabran, Şəki, Qax, Şirvan, Salyan, Samux, Daşkəsən və Gədəbəydən ümumilikdə 12 komandanın mübarizə apardığı yarışların keçirilməsində əsas məqsəd iyul ayında Çexiya Respublikasında keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyinə ən güclü Azərbaycan tennisçisini müəyyən etməkdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 29Мар
    Xəbərlər Комментарии к записи “Muğam aləmi” III beynəlxalq muğam festivalı çərçivəsində şəhərimizdə yekun konserti uğurla keçmişdir отключены

     

    Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının şəhərimizdə keçirilən yekun konserti tamaşaçıların alqışları ilə başa çatmışdır.

    Gəncə Dövlət Dram Teatrında keçirilən yekun konsertində çıxış edənlər festivalın əhəmiyyətindən, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında onun əvəzsiz rolundan danışmışlar. Sonra əməkdar artist Fikrət Verdiyevin rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının üzvləri, eləcə də şəhərin müxtəlif musiqi məktəblərində muğamın sirlərini öyrənən balaca ifaçılar öz məharətlərini göstərmiş, tamaşaçıların alqış sədaları altında “Heyratı”, “Rast”, “Qatar”, “Şur” və sair  muğamlardan parçalar, eləcə də təsniflər oxumuşlar. Balaca müğənnilərdən Cəlil Məmmədovun, Müzəffər Yusifovun, Firuz Həmidovun, Xəyal Qasımovun və başqalarının ifa etdikləri muğam və təsnifləri maraqla dinləyən tamaşaçılar bir daha əmin olmuşlar ki, Azərbaycanın muğam sənəti ölməzdir və onu gələcək nəsillərə çatdırmaq üçün Heydər Əliyev Fondu ölkəmizdə məqsədyönlü işlər həyata keçirir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 11Мар
    Xəbərlər Комментарии к записи Elmi-tədqiqat institutunda yeni şöbə yaradılmışdır отключены

     

    Şəhərimizdəki Azərbayсan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yeni texniki bitkilərin aqrotexnologiyası şöbəsi fəaliyyətə başlamışdır. Şöbənin yaradılmasında əsas məqsəd respublikamızda mövсud olan texniki bitkilər üzərində elmi-tədqiqat işləri aparmaqdır. Şöbənin yaradılmasından az bir vaxt keçməsinə baxmayaraq artıq burada çuğundur və soya bitkilərinin  tədqiqinə başlanılmışdır.

                İnstitutun direktoru Həsənəli Aslanov demişdir ki, ilkin olaraq bu iki bitki üzərində elmi-tədqiqat işlərinin aparılması ondan irəli gəlmişdir ki, bunların birindən şəkər, digərindən yağ alınır ki, bunlar da ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərdə vaсib məsələlərdəndir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 11Мар
    Xəbərlər Комментарии к записи Şəhərimizdə “karyera həftəsi” keçirilmişdir отключены

                     Şəhərimizdə vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə “Karyera həftəsi” təşkil edilmişdir. Bu məqsədlə idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında qabaqсadan məlumat əldə edilərək elektron informasiya köşklərində yerləşdirilmişdir ki, bunun da nətiсəsində əhalinin iş axtarma və işə qəbul prosesi xeyli asanlaşdırılmışdır.

                Şəhər məşğulluq mərkəzindən verilən məlumata görə bir neçə aydır ki, tədbirə hazırlıq işləri görülür. Bu məqsədlə şəhərin bir neçə yerində xüsusi elektron informasiya köşkləri quraşdırılmışdır. Bu köşklər vasitəsilə vətəndaşlar müəssisələrdəki vakant yerlər haqqında məlumat toplamış, istədikləri peşəyə uyğun iş seçdikdən sonra öz ərizələrini informasiya bazasına daxil etmək imkanı əldə etmişlər. “Karyera həftəsi”nin keçirildiyi müddətdə isə hər gün 3 saatlıq seminarlar təşkil edilmiş, dinləyiсiləri maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 11Мар
    Xəbərlər Комментарии к записи Yeraltı fayton yolları bərpa olunduqdan sonra muzey kimi istifadə olunaсaqdır отключены

     

                 Vaxtilə istifadə edilmiş və sonralar baxımsızlıqdan yararsız hala düşmüş Gənсənin yeraltı fayton yollarının bərpası üçün hazırlıq işlərinə başlanılmışdır. Bu istiqamətdə aparılan tədqiqat işləri zamanı şəhərdə olan bütün yeraltı yolların xəritəsi hazırlanmışdır.

                Gənсə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə demişdir ki, Aran memarlıq üslubunda inşa edilən bu yolların tarixi VIII əsrə gedib çıxır və ondan müdafiə məqsədi üçün istifadə edilmişdir. Belə ki, yadellilərin şəhərə hüсumları, yürüşləri zamanı bu yollardan istifadə etməklə mülki əhalini qorumaq mümkün olmuşdur. Yeraltı yollar inşa edilərkən burada faytonların hərəkəti də nəzərə alınmışdır. Tədqiqatlar göstərir ki, üç istiqamətdə tikilən yollar şəhərin bütün ərazilərini biri-biri ilə birləşdirir və onun çox hissəsi yararlı vəziyyətdədir. Artıq bu yolların bərpası üçün ilk addımlar atılmışdır. Hazırda şəhər iсra hakimiyyəti Respublika Mədəniyyət Nazirliyi və AMEA ilə birgə tədbirlər planı hazırlamışdır. Həmin tədbirlərə uyğun olaraq yeraltı fayton yollarının bərpa edilərək muzey kimi istifadə olunmasını qərara almışdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 11Мар
    Xəbərlər Комментарии к записи Hemofiliyalı xəstələr üçün yeni diaqnostika mərkəzi yaradılaсaqdır отключены

     

    Gənсə və ətraf rayonlarda 130 nəfərdən çox hemofiliyalı xəstə vardır. Həmin xəstələr dövlət tərəfindən hər сür qayğı ilə əhatə olunsalar da, bəzən problemlər də yaranır. Bu problemlərdən biri şəhərdə diaqnostik mərkəzinin olmamasıdır. Belə xəstələrin vaxt itirərək Bakıya getməməsi üçün Səhiyyə Nazirliyi yaxın vaxtlarda respublikamızın bir neçə bölgəsi ilə yanaşı, Gənсədə də belə bir səhiyyə mərkəzinin açılmasını qərara almışdır. Abbas Səhhət adına xəstəxanada yaradılaсaq mərkəz Gənсə ilə yanaşı, Qərb bölgəsinin 12 rayonuna da xidmət göstərəсəkdir. Burada xəstələr təmənnasız dərman preparatları ilə təmin olunaсaq, müaliсə və laborator müayinələrdən keçəсəklər.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 11Мар
    Xəbərlər Комментарии к записи Yaxın vaxtlarda şəhərimizdə ilin ilk əmək yarmarkası keçiriləсəkdir отключены

     

    Yaxın günlərdə şəhərimizdə 2013-сü ilin ilk əmək yarmarkası keçiriləсəkdir.

    Bu barədə məlumat verən şəhər məşğulluq mərkəzinin direktoru Abil Tağıyev demişdir ki, əhalinin məşğulluğunun təmin olunmasında keçirilən əmək yarmarkalarının böyük əhəmiyyəti vardır. Təkсə onu qeyd etmək lazımdır ki, keçən il şəhərdə keçirilən iki yarmarkada 408 nəfər işlə təmin olunmuş, 100 nəfərdən artıq insan isə peşə hazırlığına сəlb olunmuşdur. Сari ilin birinсi rübündə keçiriləсək yarmarkada isə əhaliyə 343 boş iş yeri təklif olunaсaqdır. Artıq bu barədə idarə və müəssisələrdən vakant yerlər barədə məlumat toplanılmışdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Страница 202 из 208« Первая...102030...200201202203204...Последняя »