Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.
-
29ОктCəmiyyət Комментарии к записи Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı отключены
-
29ОктCəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены
Cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-11, gündüz 15-200 dərəcə təşkil edəcək.
Atmosfer təzyiqi gecə 761, gündüz 758 mm civə sütunu, nisbi rütubət gecə 56, gündüz 54 faiz olacaq.
-
28ОктSiyasət Комментарии к записи Ərdoğan: “Zəfər Azərbaycanındır!” отключены
“Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
“İnanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq.
-
28ОктCəmiyyət Комментарии к записи Belarusun Azərbaycandakı səfiri Gəncədədir отключены
Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Gəncəyə səfər edib. Səfir Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış yaşayış yerlərini ziyarət edib, buradakı vəziyyətlə yerində tanış olub.
Səfirə məlumat verilib ki, Ermənistan Silahlı Qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 15 nəfər həlak olub, 55 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
-
28ОктSiyasət Комментарии к записи Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir отключены
Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.
-
28ОктCəmiyyət Комментарии к записи Gəncədə mobil qruplar «COVİD-19»-a qarşı maarifləndirmə tədbirlərini davam etdirirlər отключены
Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparırlar.
Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, market və mağazalarda, geyim dükanlarında və əhalinin sıx toplaşdığı digər ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirirlər. Əhaliyə ehtiyyatlı davranaraq tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə olunur.
-
28ОктMədəniyyət Комментарии к записи Erməni terrorunu geniş auditoriyaya çatdıran sənədli film — MƏN GƏNCƏYƏM отключены
Ermənilərin Gəncəyə yönələn terror və hərbi cinayətlərdən bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə Gəncədə yaşanan hadisələr, ilk dəfə bura gələn aktyorun apardığı müşahidə və qeydlər əsasında tamaşaçıya təqdim olunur. Erməni vəhşiliklərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə filmə ingilis dilində titrlar əlavə edilib.
“Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev bildirib ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf alıb: “Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik.
-
28ОктCəmiyyət Комментарии к записи Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi отключены
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olan və yaralananlarla bağlı özünün “Instagram” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.
-
28ОктCəmiyyət Комментарии к записи Gəncədə erməni terrorundan zərər çəkənlərə yardımlar davam edir отключены
Sentyabrın 27-də cəbhədə döyşlərin başladığı vaxtdan minlərlə Azərbayacanlı gənclər kimi YAP Gəncə şəhər təşkilatının fəal gəncləri, könüllüləri arxa cəbhədə Vətən qarşısında borclarını yerinə yetirməyə çalışır, əllərindən gələn köməklikləri əsirgəmirlər.
Düşmənin informasiya təxribatlarının qarşısının alınmasında, hərbçilərimizin, şəhidlərimizin ailələrinin xidmətində durmağı, onlara maddi-mənəvi dəstək verməyi özlərinə borc bilən gənclər Gəncədə erməni terrorundan zərər çəkən vətəndaşlara baş çəkir, onlara dəstək olmağa çalışırlar.
-
28ОктCəmiyyət Комментарии к записи Koreyada erməni işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirilib отключены
Koreya Respublikasında yaşayan Azərbaycanlı gənclərin təşəbbüsü ilə Koreyanın müxtəlif şəhərlərində Ermənin işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.
Yeni ismarıclar