Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,738
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Фев
    Xəbərlər Комментарии к записи “Elektron məktəb sistemi” şəhərimizdə də tətbiq edilir отключены


    Respublikamızın təhsil sisteminin innovasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində “Elektron məktəb sistemi” şəhərimizdə hələlik 27 saylı orta məktəbdə tətbiq olunur. Qabaqcıl təhsil müəssisələrindən olan 27 saylı məktəbdə reallaşan bu sistemin tətbiqi həm müəllimləri, həm də valideynləri razı salır.

    Bu sistem müəllimlərlə yanaşı şagirdlərin də məsuliyyətini artırmışdır. Artıq valideynlər övladlarının məktəbə davamiyyətini, təhsil prosesini, keçilən dərslərin keyfiyyətini  internet vasitəsilə izləmək imkanı qazanmışlar. Valideynlər istədikləri vaxt məktəbin saytına daxil olmaqla onun fəaliyyətini izləyə bilirlər.Bunun üçün bütün sinif otaqları kompüter və noutbuklarla, eləcə də digər avadanlıqlarla təchiz edilmişdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Şəhərimizdəki 3 saylı uşaq bağçası-körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilmişdir отключены


    Bu münasibətlə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxış edərək şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində ümumtəhsil məktəblərinin, eləcə də məktəbəqədər uşaq tərbiyə müəssisələrinin də yenidən qurulmasına başlanıldığını qeyd etmış və bu bağçanın təmirini gələcəkdə görüləcək işlərin başlanğıcı kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, artıq məktəblərin bir neçəsi yüksək səviyyədə təmir edilmiş, bəzilərində isə əsaslı təmir işləri davam etdirilir. 2 saylı körpələr evi-uşaq bağçası üçün isə yeni binanın inşasında son tamamlama işləri görülür. Yaxın vaxtlarda daha 3 bağçada əsaslı təmirə başlanacağını diqqətə çatdıran Elmar Vəliyev  Dövlət Proqramına uyğun olaraq Gəncədə 2014-cü ildə orta məktəblərin, 2015-ci ildə isə uşaq bağçalarının yenidən qurulması işlərinin başa çatdırılacağını bildirmişdir.

    Sonra bağçanın direktoru Gülarə Ağayeva və burada tərbiyə alan uşaqların valideynləri çıxış edərək uşaq tərbiyə müəssisəsinin təmirini respublikamızın iqtisadi qüdrətinin gündən-günə artmasının nəticəsi kimi dəyərləndirmiş və buna görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

    Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları bağçanın məşğələ otaqlarını, kütləvi tədbirlər zalını, yataq otaqlarını, mətbəxi, idman zalını və digər köməkçi otaqları gəzərək yaradılan şəraitlə yaxından tanış olmuşlar. Ən müasir inventarlarla təchiz edilmiş körpələr evi-uşaq bağçası iştirakçılarda xoş təəssürat oyatmışdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Uğurla davam etdirilir отключены


    Xeyli vaxtdır ki, şəhərimizdəki daşıyıcı magistral qaz xətlərinin yerin altına salınması prosesi sürətlə davam etdirilir. İndi Gəncənin elə bir küçəsi yoxdur ki, orada qaz xətlərinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılmasın. Bütün bu işlərin görülməsi üçün «Azəriqaztikinti» səhmdar cəmiyyətinin 50-dən artıq mütəxəssisi cəlb edilmişdir. İndiyədək 170 kilometr qaz xətti dəyişdirilərək yerin altına salınmışdır. Ümumilikdə isə Gəncədə 847 kilometr daşıyıcı və paylayıcı qaz xətti mövcuddur.

    Qeyd etmək lazımdır ki, qaz xətlərinin yeniləşməsi ilə paralel abonentlərin mənzillərində də smartkart tipli sayğacların quraşdırılması işləri aparılır. Bundan başqa qaz xətti çəkilmiş küçələrə yeni qazpaylayıcı şkaflar qoyulur. Artıq bu işlər Üzeyir Hacıbəyov, Eminbəyli, Bağbanlar, Totanlı küçələrində, Cavad xan və Məhsəti qəsəbələrində başa çatdırılmışdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Spartakiada keçiriləcəkdir отключены

     

    Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə şəhərimizdəki ali və orta ixtisas məktəbləri tələbələrinin spartakiadası keçiriləcəkdir.

    Spartakiadaya hazırlığın vəziyyətini müzakirə etmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində tədbir keçirilmişdir. Bildirilmişdir ki, spartakiadada tələbələr əsasən kollektiv idman növlərindən futbol, futzal, voleybol, basketbol, fərdi idman növlərindən isə güləş, boks, karate, taekvondo, dama və stolüstü tennis yarışlarında öz güclərini sınayacaqlar. 1-ci, 2-ci və 3-cü yerləri tutan idmançılar spartakiadanın xatirə diplomları və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи İməciliklərdə fəallıq göstərirlər отключены


    Şəhərimizin sakinləri aparılan abadlıq və quruculuq işlərində fəallıqla iştirak edirlər. Tez-tez iməcilik keçirən gəncəlilər öz vətəndaşlıq borclarını yerinə yetirmək məqsədilə küçə və meydanlara çıxır, abadlıq və təmizlik işləri ilə nümunə göstərirlər. 

    Növbəti ümumşəhər iməciliyi görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin adını daşıyan küçədə başlamış, sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ətrafında davam etdirilmişdir. Şəhərin təhsil, səhiyyə və mədəniyyət idarələri kollektivlərinin iştirakı ilə keçirilən iməçilik zamanı Həsən Əliyev küçəsində təmizlik işləri aparılaraq mövcud ağaclara, dekorativ gül kollarına qulluq göstərilmiş, yol və səkilər məişət tullantılarından təmizlənmişdir.

    İməcilik iştirakçıları sonra aksiyanı Nizami Gəncəvinin məqbərəsi ətrafında davam etdirmişlər. Burada ağaclar budanmış, külək nəticəsində əraziyə səpələnmiş tullantılar yığılaraq daşınmış, yaşıllıq massivi suvarılmışdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılmışdır отключены


    Azad İstehlakçılar İctimai Birliyi əməkdaşlarının şəhərimizin mağazalarında apardıqları yoxlamalar zamanı məlum olmuşdur ki, bəzi ticarət obyektlərində əhaliyə hələ də saxlama müddəti ötmüş ərzaq məhsulları satılır.

    Azad İstehlakçılar İctimai Birliyindən  verilən məlumata görə aşkar edilmiş həmin ərzaq məhsulları satışdan çıxarılmışdır. Bu faktlar əsasən şəhərin ucqarlarında yerləşən mağazalarda aşkar edilmişdir. Araşdırma zamanı həmin mağazalarda 500-dən artıq rəngli su, 100 ədəddən çox xama, 80 ədəd pivənin saxlama müddəti keçdiyi müəyyənləşdirilmiş və həmin ərzaqlar məhv edilmişdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Xan çinarların qorunması üçün tədbirlər görülür отключены

     

    Qədim çinarların beşiyi hesab edilən şəhərimizdə hazırda 500 yaşı olan 200 ədəddən artıq çinar ağacı vardır. Onların hər biri qeydiyyatdan keçirildikdən sonra təbiət abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. Hələ bir neçə il əvvəl həmin ağacların qeydiyyatı aparılmış  və hər biri üçün pasport tərtib edilmişdir. Pasportda ağacın diametri, hündürlüyü, yaşı və təbii şəraiti ilə bağlı məlumatlar toplanmışdır.

    10 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsindən verilən məlumata görə bütün dünyada məşhur olan xan çinarların sənədləşməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Çinarların qorunması məqsədilə hər il manitorinqlər keçirilir. Bu günlərdə idarənin əməkdaşları cari ilin yoxlamalarına başlamışlar.

    Yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar barədə müvafiq orqanlara məlumat verilməklə yanaşı onlara qulluq da göstərilir. Çinarların qurumuş budaqları kəsilir, ətrafı təmizlənərək sağlam atmosfer şəraiti yaradılır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Fransa şirkətinın nümayəndələri ilə görüş keçirilmişdir отключены

     

    Şəhər İcra Hakimiyyətində şəhərimizdə çəkiləcək tramvay xətlərinin layihəsi ilə əlaqədar Fransanın “ALSTOM” şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilmişdir.

    Görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev  ekoloci cəhətdən olduqca səmərəli hesab edilən bu ictimai nəqliyyat növünün istifadəyə verilməsini sürətləndirmək üçün bütün zəruri işlərin qısa zaman kəsiyində görüləcəyini qeyd etmişdir. İcra Başçısı bildirmişdir ki, şəhərin 4 istiqaməti üzrə xətlərin çəkilişi nəzərdə tutulmuşdur və layihəyə uyğun olaraq xətlərin ümumi uzunluğu 15 kilometr olacaqdır. Xəttin çəkilişi zamanı tramvayların keçəcəyi küçə və prospektlərin genişliyi nəzərə alınacaqdır. İlk olaraq bu işin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində başa çatdırılması planlaşdırılmışdır.

    Sonra tramvay xətləri layihəsinin icrasını həyata keçirən, tramvay istehsalı və xətlərin çəkilişi üzrə dünyada aparıcı şirkətlərdən olan Fransanın “ALSTOM” şirkətinin nümayəndələri həyata keçirmək istədikləri layihə və istehsal etdikləri tramvay vaqonlarının modelləri barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, ilkin variantda tramvay marşrutunun şəhərin hansı istiqamətlərindən keçəcəyi və xəttə buraxılacaq vaqonların modelləri müəyyənləşdiriləcəkdir. Layihəni həyata keçirəcək “ALSTOM” şirkətinin vitse-prezidenti Flip Romyo sifarişçinin təklifləri üzərində bəzi çalışmalar aparıldıqdan sonra daha konkret təkliflərin müzakirəyə çıxarılacağını vurğulamışdır. Görüşdə həmçinin tramvayların optimal sayı, marşrutların uzunluğu, hərəkət periodikliyi və digər göstəricilər barədə müzakirələr aparılmışdır.

    Şirkətin işi ilə tanışlıq məqsədi daşıyan görüşdə müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılmış, tramvay xətlərinin çəkilişi prosesi ilə bağlı qısametraclı film nümayiş etdirilmişdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Seçici siyahıları dəqiqləşdirilir отключены

     

    2013-cü il ölkəmizdə prezident seçkilərinin keçirilməsi ilə əlamətdar olacaqdır. Bu məqsədlə şəhərimizdə fəaliyyət göstərən dairə seçki komissiyaları artıq hazırlıq işlərinə start vermişlər. Xeyli vaxtdır ki, məntəqə seçki komissiyasının üzvləri seçici siyahılarının dəqiqləşdirilməsi işləri ilə məşğuldurlar.

    37 saylı Nizami birinci, 38 saylı Nizami ikinci, 39 saylı Kəpəz birinci və 40 saylı Kəpəz ikinci seçki dairələrindən verilən məlumata əsasən yanvarın 11-dən başlayan kampaniya zamanı məntəqə seçki komissiyalarının üzvləri seçicilərin ünvanlarına getmiş, onların qeydiyyatını aparmışlar. Son dəqiqləşdirməyə görə Gəncədə ümumilikdə 142 min 479 nəfər seçicinin adı müəyyənləşdirilmişdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Фев
    Xəbərlər Комментарии к записи Adsız küçələrə şəhidlərin adı verilir отключены

     

    Şəhərimizdə 200-dən artıq adsız küçə vardı. Həmin küçələrdə yaşayan sakinlər tez-tez müxtəlif problemlərlə üzləşdikləri barədə şikayətlər edirdilər. Bunu nəzərə alan şəhər İcra Hakimiyyətinin Başçısı həmin küçələrə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin adlarının verilməsi barədə sərəncam imzalamışdır. Artıq xeyli vaxtdır ki, həmin küçələrin adlandırılması prosesinə başlanılmış, artıq sərəncama uyğun olaraq ad verilmiş küçələr üçün lövhələrin hazırlanması işi sürətləndirilmişdir. Bundan başqa sakinlərin xahişi nəzərə alınaraq evlərin nömrələnməsi üçün də sifarış verilmişdir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Страница 270 из 274« Первая...102030...268269270271272...Последняя »