11Сен
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daha ətraflı »
11Сен
Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, müsbət dinamika ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib.
Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması qürurvericidir.
Daha ətraflı »
11Сен
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib. Bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.
Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.
Daha ətraflı »
11Сен
Şəhərlər də insan kimidir. Hərəsi öz taleyini yaşayır. Qayğı göstərildikdə böyüyüb inkişaf edir, baxımsızlıqdan bu yolda taleyi yarımçıq qalmış şəhərlər də olur. Azərbaycanın tarix və mədəniyyətində özünəməxsus yeri olan Gəncə şəhəri əsasən inkişaf edən şəhərlər sırasındadır.
Keçmişi ilə əfsanələşən, zaman-zaman yadellilərin basqınına və talanlarına qarşı mətanətlə dayanan və Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını yazdıran bu qədim şəhərin siması tanınmaz dərəcədə dəyişmişdir. Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtlardan başlamış, özünün yeni inkişaf dövrünə qədəm qoyaraq gündən-günə daha da gözəlləşib.
Daha ətraflı »
11Сен
Gəncə şəhər Nizami bələdiyyəsinin könüllülərdən ibarət mobil qrupları COVİD-19 pandemiyası ilə bağlı tədbirlərini davam etdirirlər. Bununla əlaqədar olaraq onlar Nizami rayonu ərazisində maarifləndirmə işləri aparıblar.
Mobil qrupların üzvləri ərzaq mağazalarında, marketlərdə, geyim dükanlarında olub, sakinlərlə maarfiləndirici söhbətlər aparıblar. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi maskadan və dezinfeksiyaedici məhlullardan istifadə etmək, sosial məsafə saxlamaq tövsiyə edilib.
Daha ətraflı »
11Сен
Sentyabr ayının 12-si səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Daha ətraflı »
11Сен
Bu ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi yaşlı əhalinin sosial təminat sistemi ilə əhatə olunmaq imkanlarını və bu sistemin əhatə dairəsini daha da artırıb.
Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub.
Daha ətraflı »
11Сен
Gəncədə aparılan abadlıq işləri çərçivəsində bir sıra küçə və prospektlərdə təmizlik, budanma və asvalt örtüyünün bəzi nahamar hissələrinin yenilənməsi işləri aparılıb. Bununla yanaşı, Heydər Əliyev prospektində, Şah İsmayıl Xətai prospektində və bir neçə başqa küçələrdə təmizlik işləri görülüb.Təmizlik işlərinə 6,7 və 11 saylı MİS-nin əməkdaşları cəlb olunub.
Görülən bütün işlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında, MKTİB-nin əməkdaşları tərəfindən aparılır.
Daha ətraflı »
11Сен
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək. İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənəcək.
Bundan başqa iclasın gündəliyinə 7 digər məsələlərin birinci oxunuşda müzakirəsi daxil edilib. Komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis
Daha ətraflı »
10Сен
AMEA-nın regional mərkəzlərində akademik elmin inkişafı, tədqiqat fəaliyyətinin genişləndirilməsi, fundamental, multidissiplinar və tətbiqi araşdırmaların vüsət alması elmin informasiyalaşdırılması prosesinin təminatçısı olan Mərkəzi Elmi Kitabxananın (MEK) da qarşısına mühüm vəzifələr qoyur.
Azərbaycanın hər bir bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası, təbii ehtiyatları və digər bu kimi istiqamətlərdə aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti məlumatlandırmaq MEK-in öhdəsinə düşən mühüm vəzifələr sırasına daxildir.
Daha ətraflı »
Yeni ismarıclar