Qeyd edək ki, Q.Əliyev bundan öncə Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi işləyib.
-
13СенCəmiyyət Комментарии к записи Gəncə Şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub отключеныBu vəzifəyə polis polkovnik-leytenantı Qoşqar Əliyev təyin edilib.
Qeyd edək ki, Q.Əliyev bundan öncə Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi işləyib. -
11СенCəmiyyət Комментарии к записи Gəncədə COVİD-19 virusuna qarşı mübarizə tədbirləri davam edir отключены
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə Gəncədə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Bu gün Gəncədə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub. -
10СенCəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri müzakirə olunub отключеныGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, aparatın məsul işçilərinin, podrat işlərinin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqovun, podratçı şirkətlərin rəhbərlərinin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Müzadil Həsənovun iştirakı ilə keçirilən iclada bir sıra məsələlər müzakirəyə çıxarılıb.
İclasda şəhər rəhbəri tərəfindən zərərçəkmiş sakinlərin qaldırdıqları və onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib. -
10СенCəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində onlayn vətəndaş qəbulu keçirilib отключены
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə onlayn qaydada vətəndaşların müraciətlərini dinləyib.
Müraciətlər iş yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin dam örtüyünün təmiri, işlə təmin olunma, müavinətlərin təyinatı , maddi köməklik, eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib. -
09СенMədəniyyət Комментарии к записи Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib отключеныTədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, millət vəkilləri, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirilib. -
08СенCəmiyyət Комментарии к записи Gəncədə şəhidlərin məktəbli övladlarına dərs ləvazimatları hədiyyə olunub отключеныHədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə hədiyyə olaraq ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat dəsti daxil edilib.
-
08СенCəmiyyət Комментарии к записи Malyariya xəstəliyi haqqında nəyi bilmək lazımdır отключены
Malyariya – ağır gedişə malik parazitar xəstəlik olub, sağlam şəxslərə, xəstələrdən xüsusi növ ağcaqanadların dişləməsi vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri əzginlik, başağrısı, üşütmə, titrətmə, hərarətin yüksəlməsi, güclü tərləmə və s. Adətən bu əlamətlər günaşırı tutmalar şəklində olur.
Xəstəliyin vaxtında müalicəsi və gələcək ağırlaşmaların qarşısının alınması üçün belə əlamətlər baş verən zaman ilk gündən mütləq tibb işçisinə müraciət etmək lazımdır. Malyariya uşaqlar, həm də böyüklər üçün çox təhlükəlidir.
Xəstəliyin diaqnozu kliniki əlamətlərə qanın laborator müayinəsi ilə dəqiqləşdirilir. Bundan sonra xüsusi preparatlarla tibb işçisinin nəzarəti altında 17 gün tam müalicə kursu aparılmalıdır. Bu bütün ailənin yoluxmadan qorumaqla ağırlaşmaların qarşısını alır.
-
08СенCəmiyyət, QHT Комментарии к записи Gəncədə şəhidlərin doğum günündə ailələri ziyarət olunub отключены
Ölkəmizin hər bir bölgəsində olduğu kimi Gəncədə də Vətən müharibəsi zamanı canlarından keçən şəhid ailələri daim diqqət mərkəzindədirlər.
Bu günlərdə Rəşad Ələkbərov, İsmayıl Mustafayev, İlkin Əsgərov, Murad İbrahimov, Xuduş Kazımov, Rəşad Məmmədov, Aydın Rüstəmov, Cavid Əliyev, Qəzənfər Məmmədov, Turxan Məmmədov və Anar Məmmədov kimi igidlərin doğum günləri qeyd olunub. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun və yerli dini icmaların əməkdaşları sözügedən şəhidlərin ailələrini ziyarət ediblər.
-
08СенCəmiyyət Комментарии к записи VƏTƏN SƏNƏ OĞUL DEYİR отключены
Yaralı aslana bənzəyən qazi
Qələbə müjdəli Vətən müharibəsinin qəhrəman qazilərindən biri də Babək Samir oğlu İsmayılovdur. Babək 1993-cü il mart ayının 27-də qədim və ulu Gəncədə dünyaya gəlib. 1999-cu ildə Samux rayon 2 saylı tam orta məktəbin birinci sinfinə gedib və 2010-cu ildə orta təhsilini başa vurub.
Babək İsmayılov eyni zamanda Cəncə şəhər Uşaq-Gənclər idman məktəbində kikboksinq üzrə idmanla məşğul olub. Əməkdar məşqçi İlqar Alıyevin yetirməsi olan Babək müxtəlif yarışlarda uğurlu nəticələr əldə edib. 2007, 2008, 2009 və s. illər olmaqla 5 qat respublika çempionu adını qazanıb. 2011-ci ilin aprel ayında Naxçıvanda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 2012-ci ilin oktyabr ayında hərbi xidmətini uğurla başa vuraraq evə dönən Babək Gəncə Aviasiya təmiri zavodunun mühafizə xidmətində çalışıb. Hərbi sahəyə olan marağı onu yenidən müddətdən artıq hərbi xidmətə cəlb edib. 2016-cı ildə Qəbələdə yerləşən «N» saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb.
-
07СенCəmiyyət Комментарии к записи Fərəh Əliyeva «Şöhrət» ordeni ilə təltif olunub отключены
Prezident İlham Əliyev F.Ş.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
Yeni ismarıclar