
-
07СенSiyasət Комментарии к записи Ermənistan ordusunun bölmələri iriçaplı pulemyotlardan daistifadə etməklə atəşkəs rejimini 50 dəfə pozub отключены
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 50 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. -
07СенCəmiyyət Комментарии к записи Gəncədə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir отключены
-
05СенSiyasət Комментарии к записи Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır отключены
Bir millət, iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün bütün dünya dövlətlərinə əsl örnək, iki dövlət arasında bütün sahələr üzrə olan əməkdaşlıq isə hər kəs üçün nümunədir. Qardaş ölkə olan Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək olması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini daim pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər etməsi, sözün əsl mənasında, tam dəstək olması qürurverici olmaqla yanaşı, bir daha onu sübut edir ki, doğurdan da Azərbaycan və Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti sarsılmazdır.
-
04СенCəmiyyət Комментарии к записи İlham Əliyev UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusunun açılışında iştirak edib отключены
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib.
-
04СенCəmiyyət Комментарии к записи Mirşahinin «Xainlər» filmi: «Siz heç ömrünüzdə xain görmüsüz» — VİDEO отключены
Real TV-nin rəhbəri Mirşahin Ağayev yeni film hazırlayıb. “Xainlər” adlanan film Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən daxili düşmənlərə həsr olunub. Filmdə Əlikram Hümbətovun ölkəni parçalamaq üçün yaratdığı separatçı şəbəkə və onun fəaliyyəti barəsində danışılır.
Mirşahin Ağayev bildirir ki, 1993-cü ildə Əlikram Hümbətovun başçılıq etdiyi bir qrup separatçı «Cənub mirvarisi»ni Azərbaycandan ayırmaq və bununla da ölkənin parçalanmasına yeni dalğa vermək istəyib.
-
04СенCəmiyyət Комментарии к записи Prezidentin köməkçisi Gəncədə din xadimləri ilə görüşüb отключены
Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib. Görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edib.
Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır.
-
03СенCəmiyyət Комментарии к записи İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib отключены
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Səfir Nikolaos Piperiqkos: Zati-aliləri, fürsətdən istifadə edərək şəxsən Prezidentimin ən xoş arzularını və qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı genişləndirməklə bağlı Yunanıstanın güclü istəklərini Sizə çatdırıram.
-
03СенCəmiyyət Комментарии к записи Gəncənin icra başçısı vətəndaşları onlayn qaydada qəbul edib отключены
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlayn qaydada vətəndaş qəbulu keçirib. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Qəbul
a yazılan vətəndaşların səsləndirdikləri müraciətlər işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması, torpaq sahəsinin hasarlanması və mətbəx tikintisinə icazə verilməsi, fərdi evin sənədləşdirilməsi və digər məsələlərdən ibarət olub.
-
03СенTəhsil Комментарии к записи GDU yeni tədris ilində «Microsoft Teams» platformasının tətbiqinə hazırlaşır отключены
Avqustun 27-də COVİD-19 pandemiyası dövründə 2020-2021-ci tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinə də toxunan nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrində tədris sentyabrın 15-dən distant qaydada təşkil olunacaq. Brifinqdə onu da qeyd edilib ki, təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.
-
03СенCəmiyyət Комментарии к записи AZƏRBAYCAN SÖZÜN HƏQİQİ MƏNASINDA ÇOX GÜCLÜ ORDUYA MALİKDİR отключены
Son 17 ildə bütün beynəlxalq təşkilatların toplantılarında, mühüm siyasi arenalarda, son illər savaş meydanında Azərbaycana uduzan təcavüzkar ölkə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan bütün danışıqları pozaraq mövcud status-kvonun saxlanması üçün istənilən təxribata əl atır.
Azərbaycan Silahlı Qüvvələrinin müqayisəolunmaz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması növbəti dəfə də öz təsdiqini tapdı. Bu hadisə Azərbaycanın 2016-cı ilin aprelində qazandığı qələbənin təsadüfi olmadığını göstərdi.
Yeni ismarıclar