Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb. Avqust ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Füzuli, Xocavənd, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 635 min 576 kvadratmetr (63,56 ha) ərazi yoxlanılıb, 225 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi 227 ədəd) və 2 min 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, əməliyyatlara 579 nəfərdən ibarət heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb edilib.
Yeni ismarıclar