Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,461
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Май
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
    Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Ermənistan respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    Xəbərlər Комментарии к записи Prezidentin Mətbuat Xidmətinin məlumatı отключены

    Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
    Ukrayna Prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
    Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    Cəmiyyət Комментарии к записи Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir отключены

    Gəncədə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhali arasında maarifləndirmə işləri davam etməkdədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq yaradılan mobil qrup üzvləri Nizami və Kəpəz rayon ərazilərində fəaliyyət göstərən bir sıra ticarət və iaşə obyektlərinə reyd ediblər.
    Reyd zamanı sahibkarlara karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl edilməsinin önəmi bir daha vurğulanıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    Cəmiyyət Комментарии к записи Azərbaycan Xalq Cümhuriyyəti: Milli varlığımızın siyasi təsdiq günü отключены

    Ölkəmizdə 28 may – Respublika günü kimi qeyd olunur. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Ölkə Başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    Təhsil Комментарии к записи UTECA-da imtahanlar onlayn keçirəcək отключены

    Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 7 saylı onlayn iclası keçirilib.
    Bu dəfəki iclasda yay sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Universitet Elmi Şurası tərəfindən verilən yekun qərarda qeyd edilir ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş, eləcə də buraxılış işini yerinə yetirəcək tələbələr (belə tələbələrin müraciətləri əsasında) təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə — ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    Mədəniyyət Комментарии к записи «Şollerin arxivi» filmi ABŞ-da qranta layiq görülüb отключены

    Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Şollerin arxivi” filminin 2-ci hissəsini istehsal etmək üçün “From the Hearts Production Prodakshn”a ssenari təqdim etdik. Bunu “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib.
    “From the Hearts Production Prodakshn” 1960-cı ildən Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının Oksnard şəhərində fəaliyyət göstərir. Prodakşının müxtəlif proqramları var. Belə ki, onun “Roy W.Dean” qrantı 1992-ci ildə təsis olunub və pul mükafatları təqdim edir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    İdman Комментарии к записи Gəncəli şahmatçılar İpək Yolu Kubokunda çıxış edirlər отключены

    26 may Gürcüstanın Müstəqillik günü və 28 may Azərbaycanın Respublika günü münasibətilə şahmat üzrə «İpək Yolu Kuboku» keçirilir. Yarışda 54 şahmatçı mübarizə aparır. Onlar arasında Gəncə şahmat məktəbinin yetirmələri də yer alıb.
    İpək Yolu Kubokunda Nizami yurdunun iki iti zəka sahibi qüvvəsini sınayır. Yarışa qatılacaq Azərbaycan şahmatçılarının sırasında Vüqar Rəsulov və Ülviyyə Fətəliyeva yer alıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 27Май
    Hadisə Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
    Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 26Май
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev: Aqrar Universitetini seçmək istəyən gənclərin sayının artdığını görürük отключены

    Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük.
    Bunu “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 26Май
    Siyasət Комментарии к записи Xalq ölkə başçısının iqtisadi siyasətini bəyənir və onu dəstəkləyir отключены

    Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı xarakter daşıyan əmək tutumlu iş yerlərinin açılması, maliyyə sisteminin təkmilləşdirilməsi, bu sahədə hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı ilbəil artırılmış, etibarlı sosial müdafiə sistemi formalaşdırılmışdır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Səhifə 52 - 346«...102030...5051525354...607080...»