Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl rayon Gənclər və İdman idarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda hüquqi-maarifləndirici videokonfrans keçirilib.
Tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, gender əsaslı məişət zorakılığı hallarının da artmasına səbəb olub. Daha ətraflı »
-
30ИюнCəmiyyət Комментарии к записи Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda videokonfrans keçirilib отключены
-
29Июн
Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası
Siyasət Комментарии к записи Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası отключеныKoronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələrə səbəb olub. Mütəxəssislərin “müharibə” adlandırdıqları COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.
Bu istiqamətdə beynəlxalq təşkilatlar və böyük dövlətlərdən qlobal liderlik gözlənilsə də bu baş vermədi. Beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. -
29ИюнCəmiyyət Комментарии к записи Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub отключены
İyunun 27-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcov, Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov, Masallı RİH-nin başçısı Şahin Məmmədov, Cəlilabad RİH-ninbaşçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuş dörd böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.
-
29ИюнCəmiyyət Комментарии к записи ÜST: Koronavirusla əlaqəli qarşıda hələ uzun yol var отключены
“Koronavirusun yayılmasının qarşısı alınana qədər xəstəlik həyatımızda olmağa davam edəcək. Ona görə də virusla yaşamağa öyrəşmək lazımdır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST rəsmisi qeyd edib ki, qarşıda hələ uzun yol var: “Xoşumuza gəlməyən və alışqın olmadığımız, hətta bizə çətin olan işləri etmək məcburiyyətində qalacağımız aylar var. Çünki bunun başqa və hər hansı qısa yolu yoxdur. Hamı fiziki məsafəni qorumalı, əlləri yumalı, qoruyucu tibb maskadan istifadə etməlidir. -
29ИюнSiyasət Комментарии к записи Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir отключены
Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.
Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Çar Rusiyası dövründə azərbaycanlıların hərbi mükəlləfiyyətdən azad edilməsində bir hiylə, məqsəd var idi. Bu yolla xalqımız hərbi ənənələrini yadırğayırdı. -
29ИюнCəmiyyət Комментарии к записи İcazə sisteminə dəyişikliklər edilib отключены
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib.
Nazirlər Kabinetinin qərarına əsasə, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Belə ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
-
29ИюнTəhsil Комментарии к записи ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında onlayn müzakirə keçirilib отключены
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında onlayn müzakirə keçirilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən görüşün məqsədi 2020-ci ilin iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar Universitetlə birgə regional tədris mərkəzinin yaradılmasına dair tapşırığının icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub. -
29ИюнTəhsil Комментарии к записи 24 və 25 iyunda keçirilən imtahanların nəticələri elan olunub отключены
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
24 və 25 iyun 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.
Bildirilib ki, imtahanın nəticələri 27 iyun saat 12:34-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər: -
29ИюнSiyasət Комментарии к записи Naqif Həmzəyev: «Qürurverici haldır ki, Azərbaycan elektrik enerjisi ixracat edən ölkəyə çevrilib» отключены
Bu gün müasir dünyamızda enerji faktoru ən yaxın ölkələri belə bir-birindən ayıra, ən uzaqları isə birləşdirə bilir. Bu gün enerji ehtiyatlarına sahib olan ölkə dünyada söz sahibidir, eyni zamanda o ölkənin milli təhlükəsizliyi də güvəndə olur. Bunu açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.
Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yaradılan şəraitlə tanış olarkən dediyi fikirləri xatırladıb: Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur. -
29ИюнCəmiyyət Комментарии к записи Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb — STATİSTİKA отключены
Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.
Yoluxmanın 53,4%-i Bakının payına düşür.
Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Yeni ismarıclar