12Дек
Dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzülüb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov idman müəssisələrinin rəbərləri ilə birlikdə Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzülüb.
Daha ətraflı »
12Дек
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür. H.Əliyevin vəfatından 17 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib.
Daha ətraflı »
11Дек
Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə şam ediblər.
Daha ətraflı »
11Дек
Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.
Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.
Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Daha ətraflı »
11Дек
ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.
Missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.
Daha ətraflı »
11Дек
Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu.
Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Dekabrın 10-da isə böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda, rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcək.
Daha ətraflı »
11Дек
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qazilərlə görüşüb. Şəhər rəhbəri müavinləri və bir neçə ziyalı ilə birlikdə Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edib. Rəsmilər qazilərlə söhbət edib, səhhətləri və müalicələri ilə maraqlanıb, qazanılmış tarixi zəfər münasibətilə onları təbrik ediblər.
Niyazi Bayramov bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
Daha ətraflı »
11Дек
Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev qaziləri evlərində ziyarət ediblər. Rəsmilər döyüşdən qayıdan Heydərov Emin Şirəli oğlu, Məmmədov Süleyman İlqar oğlu, İrzayev Zöhrab Arzu oğlu və Əhmədov Arzu Cəmil oğluna baş çəkiblər.
Onlar qazilərlə söhbət edib, səhhətləri və müalicələri ilə maraqlanıblar. Döyüşlərlə bağlı öz təsüratlarını bölüşən qazilər, keçdikləri şərəfli döyüş yolundan danışıblar. Qeyd edilib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi sayəsində düşmən üzərində qələbə qazana bildi.
Daha ətraflı »
11Дек
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir. KİVDF-dən bildiriblər ki, Fondun Müşahidə Şurasının iclasında fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi məqsədilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi 14 mövzu üzrə elan edilir.
Daha ətraflı »
04Дек
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
— Hörmətli cənab Sədr.
Hörmətli cənab Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
Daha ətraflı »
Yeni ismarıclar